Çempionlar Liqasında I təsnifat mərhələsi start götürür

iy-09
06:08 2019
Bu gün futbol üzrə Çempionlar Liqasının I təsnifat mərhələsinə start veriləcək.

APA-nın məlumatına görə, ilk oyunlar çərçivəsində 16 qarşılaşma baş tutacaq.

Oyunlardan səkkizi bu gün, səkkizi isə sabah keçiriləcək. Mərhələ Qazaxıstanda start götürəcək. Yerli “Astana” Rumıniya təmsilçisi “Kluj”la görüşəcək.

Avropanın ən nüfuzlu klub turnirində çıxış edən Azərbaycan təmsilçisi “Qarabağ” ikinci oyun günündə Albaniyada “Partizani”nin qonağı olacaq. İrlandiyada baş tutacaq “Dandalk”la “Riqa”nın (Latviya) qarşılaşmasında isə Azərbaycan çempionunun potensial rəqibləri görüşəcək.

Qeyd edək ki, I təsnifat mərhələsinin cavab oyunları bir həftədən sonra keçiriləcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi
9 iyul
17:00. “Astana” (Qazaxıstan) – ÇFR (Kluj, Rumıniya)
18:00. “Ararat” (Ermənistan) – AIK (İsveç)
20:00. HİK (Finlandiya) – “HB Torshavn” (Farer adaları)
20:00. “Nomme Kalyu” (Estoniya) – “Şkendiya” (Makedoniya)
21:45. “Sarayevo” (Bosniya və Herseqovina) – “Seltik” (Şotlandiya)
22:00. TNS (Uels) – “Ferronikel” (Kosovo)
22:00. “Suduva” (Litva) – “Srvena Zvezda” (Serbiya)
22:00. “Düdelanj” (Lüksemburq) – “Valletta” (Malta)

10 iyul
19:30. “Partizani” (Albaniya) – “Qarabağ” (Azərbaycan)
21:00. “Şerif” (Moldova) – “Saburtalo” (Gürcüstan)
21:00. BATE (Belarus) – “Pyast” (Polşa)
22:00. “Ferensvaroş” (Macarstan) – “Lüdoqorets” (Bolqarıstan)
22:15. “Slovan” (Slovakiya) – “Sutyeska” (Monteneqro)
22:45. “Linfild” (Şimali İrlandiya) – “Rusenborq” (Norveç)
22:45. “Dandalk” (İrlandiya) – “Riqa” (Latviya)
00:00. “Valyur” (İslandiya) – “Maribor” (Sloveniya)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər