Messinin tənqidinə Braziliyadan cavab: “Özünə hörmət et!”

iy-09
05:30 2019
Braziliya millisinin baş məşqçisi Tite Argentina seçməsinin kapitanı Lionel Messini tənqid edib.
Qol.az-ın yaydığı xəbərə görə, 32 yaşlı superulduzun Amerika kubokunda Çili ilə 3-cülük oyunundan sonra hakimliklə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən mütəxəssis Braziliyanın təmiz qələbə qazandığını söyləyib:

“Unikal və yadplanetli hesab etdiyim oyunçu özünə hörmət etməli və məğlubiyyəti qəbul etməlidir. Biz də bir neçə matçda hakimlikdən əziyyət çəkdik. Argentinaya qarşı təmiz oynadıq. Mən son dərəcə açıqsözlü insanam. Messi şöhrətinə görə güclü təzyiq altındadır. Meydandan qovulması ədalətsizlik idi. Çünki orada günahkar Medel idi. Messiyə ən pis halda sarı vərəqə göstərilməliydi”.

Çili ilə matçın 37-ci dəqiqəsində meydandan qovulan Messi oyundan sonra hakimləri tənqid etmiş və Argentinanın rüşvətə görə finala çıxa bilmədiyini demişdi. O, hakimlərin Braziliyaya kömək etdiyini söyləmişdi.

Qeyd edək ki, Argentina yarımfinalda Braziliyaya 0:2 hesabı ilə uduzmuşdu.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər