“Qarabağ”dan rəsmi transfer

iy-04
06:32 2019
Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” ikinci transferini reallaşdırıb.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, “köhlən atlar” sol cinah müdafiəçisi Ailton Ferreyra Silvanı heyətinə qatıb.

Müqavilə ilə Almaniyanın “Ştutqart” klubuna məxsus olan 24 yaşlı braziliyalı növbəti mövsümü icarə əsasında “Qarabağ”da keçirəcək.

Braziliyanın “Fluminense” klubunun yetirməsi olan Ailton daha əvvəl – 2015-2016 mövsümündə Azərbaycanda “Neftçi”nin (32 oyun, 3 qol) formasını geyinib. “Ağ-qaralar”dan ayrıldıqdan sonra Portuqaliyanın “Eştoril” (18 oyun) klubuna keçən müdafiəçi, daha sonra Almaniya “Ştutqart”ına (5 oyun) transfer olunub. 2018-ci ilin yayında yenidən “Eştoril”ə icarəyə verilən futbolçu mövsümün ikinci yarısını isə Portuqaliya “Braqa”sında keçirib.

“Qarabağ” bir neçə gün əvvəl ispaniyalı yarımmüdafiəçi Xayme Romeronu da heyətinə cəlb edib.

Ağdam klubu bu mövsüm Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər