“Eurovision-2014” start götürdü

may-05
19:11 2014
“Eurovision-2014” start götürdü













“Eurovision-2014” mahnı müsabiqəsinin rəsmi açılışı olub

Danimarkanın paytaxtı Kopenhagen şəhərindəki "Euroclub”da "Eurovision-2014” mahnı müsabiqəsinin rəsmi açılış mərasimi keçirilib.

Mahnı müsabiqəsinin iştirakçıları əvvəlcə ənənəvi olaraq fanatların alqışları altında qırmızı xalı üzərindən keçərək zala daxil olublar. Rəsmi açılışda "Eurovision” mahnı müsabiqəsinin təşkilat komitəsinin rəhbəri Yan Ola Sand, yarışmanın təşkilati məsələlər üzrə rəhbəri Sietse Bekker iştirakçılara uğurlar arzulayıb.

Sonra 2013-cü ildə müsabiqənin qalibi olmuş danimarkalı təmsilçi Emmelie de Forest 36 ölkə təmsilçisini salamlamış və layiqli iştirakçının qalib gəlməsini arzulayıb. Gecədə müsabiqə iştirakçıları, məşhur DJ-lər konsert proqramları ilə çıxış ediblər. Müxtəlif ölkələrin təmsilçiləri öz repertuarlarından mahnılar səsləndiriblər.

Qeyd edək ki, rəsmi açılış mərasimində nümayəndə heyətlərinin üzvləri, fanatlar və akkreditədən keçmiş jurnalistlər iştirak ediblər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər