Məşhur azərbaycanlı səs rejissoru vəfat etdi

iy-02
06:09 2019
Məşhur azərbaycanlı səs rejissoru Ələkbər Həsən-zadə Sankt-Peterburqda dünyasını dəyişib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Rosbalt” agentliyinə kinematoqrafın həmkarları məlumat verib.

O, 79 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, Ələkbər Həsən-zadə 8 noyabr 1939-cu ildə Bakıda anadan olub.

O, 1973-cü ildə Rusiya Kinematoqrafiya Komitəsindən təklif alaraq “Lenfilm”də çalışmağa başlayıb. Bu studiyanın istehsalı olan bir sıra ekran əsərlərinin səs rejissoru olub.

Ələkbər Həsənzadənin “İtaliyalı” adlı son işi Berlin kinofestivalında əsas mükafata layiq görülüb. “Lennauçfilm” kinostudiyasının yüksək dərəcəli səs rejissoru olan Ə. Həsənzadə 2000-ci ildə Rusiyanın “Nika” mükafatını alan ilk azərbaycanlı kino ustası olub.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər