Kürdəmirdə kənd yolları əsaslı təmir olunur

iy-01
10:49 2019
Respublikamızın hər yerində olduğu kimi Kürdəmir rayonunda da yol infrastrukturunun yenidən qurulması istiqamətində böyük işlər görülür. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən hazırda Kürdəmir rayonunda Şilyan-Qarasu, Karrar–Bağman–Böyük Kəngərli, Pirili-Muradxan-Sor-Sor və Dəyirmanlı-Yenikənd kəndlərinin avtomobil yollarında tikinti işləri aparılır.
Uzunluğu 14,3 km olan dördüncü dərəcəli Şilyan-Qarasu yolunda asfalt örtüyü salınır. Artıq iki aydır ki, işlərə start verilib. Bu günə qədər 3 km məsafədə asfalt örtüyü salınıb və əlavə olaraq yolun 5 km hissəsi asfalt örtüyü vurulması üçün hazır vəziyyətə gətirilib. Yolun tikintisinə 15-dən çox ağır texnika və 40 yaxın işci qüvvəsi cəlb olunub və Baş Şirvan kollektorunun üzərindən keçən hissəsində aşırımı 31,6 metr olan yeni körpü salınıb.
Şilyan-Qarasu yolunun tikilməsi ilə iki kəndin on mindən çox əhalisinin gediş-gəlişini xeyli asanlaşdıracaq, bölgədə kənd təsərrüfatının inkşafına təkan verəcəkdir.
Rayonda Şilyan-Qarasu yolu ilə yanaşı daha üç yolun, 34,5 km-lik Pirli-Muradxan-Sor-Sor, 37,2 km-lik Karrar-Bağman-Böyük Kəngərli və 3,75 km-lik Yenikənd-Dəyirmanlı yolunun tikintisi aparılır.Kürdəmirdə kənd yolları əsaslı təmir olunurKürdəmirdə kənd yolları əsaslı təmir olunurKürdəmirdə kənd yolları əsaslı təmir olunur

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər