Əflatun Amaşov: “Biz Azərbaycan mətbuatının patriarxını itirmişik”

in-25
08:27 2019
“Şirməmməd Hüseynovun vəfatı Azərbaycan mətbuatı və cəmiyyəti üçün çox böyük itkidir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

O bildirib ki, Ş.Hüseynovun banisi olduğu məktəb hər zaman işıq saçacaq:

“Biz Azərbaycan mətbuatının patriarxını itirmişik. Şirməmməd Hüseynov bütün yaradıcılığı boyu nəsillər üçün nümunə idi. Onun üçün hər şeydən öncə millət, dövlət və vətən idi. Şirməmməd Hüseynov elə bir məktəb yaradıb ki, o məktəbin işığı uzun illər, daim Azərbaycanı işıqlandıracaq. Allah ona rəhmət eləsin və qəbri nurla dolsun”.

Qeyd edək ki, Ş.Hüseynov iyunun 24-də 95 yaşında dünyasını dəyişib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər