İran şirkəti Qarabağda Şuşa məscidini bərpa edir

in-24
08:43 2019
İran şirkəti Şuşada yerləşən Yuxarı Gövhar Ağa məscidini bərpa edir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, intensiv davam edən işlərin ilin sonuna qədər bitəcəyi gözlənilir.

Ermənistan tərəfinin razılığı ilə layihəni İran memarlıq şirkəti “PartSaman Jahan” və iranlı mütəxəssislər yerinə yetirirlər.

Yuxarı Gövhar Ağa şəhərinin mərkəzi meydanında yerləşən və Şuşada tikilmiş ən qədim məsciddir.

Xatırladaq 1883-1885-ci illərdə tikilmiş məscidin memarı Kərbalayi Səfixan Qarabağidir.

Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.

İşğal altındakı məsciddə tikinti-bərpa işlərini aparmaq üçün Ermənistan tərəfi rəsmi Bakının icazəsini almayıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər