İmamoğlunun mandatı nə zaman veriləcək? - YSK sədrindən rəsmi açıqlama

in-24
05:56 2019
İstanbulda yenilənən bələdiyyə seçkilərində həbsxanalar və səyyar seçki məntəqələri daxil olmaqla 31 min 342 məntəqədə səsvermə hüququna malik 10 milyon 560 min 963 seçici səs verib. “Hurriyet” verdiyi xəbərə görə, bu barədə Türkiyə Ali Seçki Komissiyasının (YSK) sədri Sadi Güven jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, seçkilər sakit mühitdə başa çatıb, lakin yayımla bağlı bəzi qadağaları nəzərə almadan seçki nəticələri ilə bağlı açıqlama yayan televiziya kanallarının məsul şəxsləri barəsində şikayət edilməsinə və Radio və Televiziya Yüksək Qurumuna bununla bağlı əməliyyatın icrası barədə bildirişi göndərilib.

Sədr həmçinin qeyd edib ki, seçkilərdə 54,3 faiz səslə qalib gələn CHP namizədi Əkrəm İmamoğluya mandatı nəticələrə etiraz edilmə prosesi bitəndən sonra təhvil veriləcək.

Sadi Güven etiraz prosesinin 3 iyul saat 17:00-a qədər davam edəcəyini sözlərinə əlavə edib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər