Saakaşvilinin arvadı və oğlu Tbilisidəki mitinqdə

in-24
05:14 2019
Tbilisidə keçirilən etiraz aksiyasında iyunun 24-nə Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) binası qarşısında aksiya təyin olunub.

“Report”un yerli bürosu xəbər verir ki, sabah saat 14:00-da etirazçılar Birinci Respublika meydanından maşınlarla DİN-in binasına qədər yürüş edəcəklər.

Nazirlik qarşısında keçiriləcək aksiyada daxili işlər naziri Giorgi Qaxarianın istefası tələb olunacaq.

Aksiyanın təşkilatçıları avtomobili olan hər kəsi yürüşə qoşulmağa dəvət edib.

Bu arada parlamentin qarşısında keçirilən aksiyaya Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs da qatılıb. O, jurnalistlərə aksiyanın tələblərini dəstəklədiyini bildirib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər