Əliyev II Avropa Oyunlarının açılışına dəvət aldı

in-19
08:06 2019
21 iyunda Minskdə start götürəcək II Avropa Oyunlarının açılışı mərasimində iştirak edəcək dünya liderlərinin adları açıqlanıb.

“Qafqazinfo”nun “Belta” nəşrinə istinadən verdiyi xəbərə görə, Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz Minskdə keçirdiyi brifinqdə bildirib ki, təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Salome Zurabişvili, Moldova Prezidenti İqor Dodon, Serbiya Prezidenti Aleksandr Vuçiç, Rusiya Baş Naziri Dmitri Medvedev, Bosniya və Hersoqovina rəyasət heyətinin sədri Milorad Dodik iştirak edəcək.

Onun sözlərinə görə, tədbirdə Çeçenistan Prezidenti Ramzan Kadırovun da iştirakı gözlənilir.

Bundan başqa, mərasimə Mərkəzi Avropa Təşəbbüs Qrupunun Baş katibi Roberto Antonione, YUNESKO-nun baş direktorunun müavini Nad Əl-Nəşif, Avrasiya İqtisadi Komissiyasının İdarə Heyətinin sədri Tiqran Sarkisyan, Baltik dənizi dövlətləri Şurasının baş direktoru Mayra Moyra, Böyük Britaniyanın Ticarət Siyasəti üzrə Dövlət katibi Corc Hollinqberi və və 40-dan çox ölkənin milli olimpiya komitələrinin rəhbərləri qatılacaqlar.

Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər