Platini azadlığa buraxılıb

in-19
05:59 2019
UEFA-nın keçmiş prezidenti Mişel Platini azadlığa buraxılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “France Presse” məlumat yayıb.

Platini futbol üzrə 2022-ci il dünya çempionatının keçirilməsi yerinin seçkiləri zamanı korrupsiya işi üzrə saxlanıılıb. Bu halda Platinin nümayəndəsi Jan-Kristof Alke iddia edirdi ki, məmuru şahid ifadələrini vermək üçün həbs ediblər. Bu ona görə edilib ki, prosesə cəlb edilmiş digər şəxslər təhqiqat çərçivəsində razılaşa bilməsinlər.

Mişel Platini UEFA-ya 2007-2015-ci illərdə rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası onu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb. Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Lakin 2016-cı ilin mayında cəza 4 ilə enib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər