Ərdoğan: “Tüpürdüyümüzü yalaya bilmərik”

in-17
05:23 2019
Rusiyadan S-400 zenit-raket kompleksinin alışı ilə bağlı razılaşma pozulmayacaq.

“Habertürk” xəbər verir ki, bunu Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısından qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə deyib.

Prezident bildirib ki, S-400 məsələsi artıq bitib, hər hansı dönüş ola bilməz:

“Tüpürdüyümüzü yalamaq dövlət tərbiyəsinə, bir dövlət adamı kimi mənə də yaraşmaz. Belə bir şey edə bilmərik. Düşünürəm ki, iyul ayının ilk yarısında S-400 komplekslərinin tədarükünə başlanılacaq. Bu məsələdə qərarımız qətidir. Türkiyə qəsəbə dövləti deyil”.

ABŞ-dan F-35 qırıcılarının alışına gəlincə, Ərdoğan Türkiyənin üzərinə düşəni etdiyini bildirib:

“İndiyə qədər 1 milyard 250 milyon dollar ödəniş etmişik. Dörd ədəd F-35 təyyarəsini təhvil aldıq. İndi onlar Arizonadadır. Generalımızı göndərdik, pilotlar da orada təlim keçirdilər. Amma təyyarələri göndərmək vaxtı yetişəndə təəssüf ki, ABŞ tərəfi yanlış addımlar atdı. Bir müddət səbr edəcəyik”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər