Məzun könüllülərə xüsusi sertifikatlar təqdim olunub

in-14
05:08 2019
Ağsu rayon İcra Hakimiyyətində çalışan könüllülər təcrübələrini başa vurublar. Bu münasibətlə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev qeyd edib ki, Prezident İlham Əliyev 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanları qarşısında gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyub. Bu məqsədilə rayon İcra Hakimiyyəti gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlayıb.
Çıxışlarda vurğulanıb ki, könüllük fəaliyyətilə məşğul olan gənclər bir neçə istiqamət üzrə çalışıblar. İki ay müddətində onların təcrübi bilikləri artırılıb, yaradıcı və innovativ potensialının üzə çıxarılması istiqamətində iş aparılıb. Gənclərin könüllülük fəaliyyətinə cəlb olunması ASAN xidmət ilə əlaqələndirməklə həyata keçirilib. Könüllülər müxtəlif sosial bacarıqları və əmək vərdişləri aşılayan təlimlərdə iştirak ediblər.
Sonda müqavilə öhdəliklərini uğurla başa vuran gənclərə xüsusi sertifikatlar təqdim olunub.Məzun könüllülərə xüsusi sertifikatlar təqdim olunubMəzun könüllülərə xüsusi sertifikatlar təqdim olunubMəzun könüllülərə xüsusi sertifikatlar təqdim olunub

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər