Dubayda onlayn dilənçi 50 min dollar qazandı – Uşaqlarından istifadə edib

in-12
08:33 2019
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayan əcnəbi qadın insanların etibarından sui-istifadə edərək 50 min dollar mənimsəyib.

“Gulf News” xəbər verir ki, həmin qadın sosial şəbəkələrdə səhifələr açaraq uzun müddətdir uşaqlarının həyat yoldaşının yanında qaldığını, özünü çox bədbəxt hiss etdiyini bildirib və övladlarının şəkillərini paylaşaraq yardım istəyib.

İnsanların onun çağırışlarını cavabsız qoymaması isə dələduz qadının 17 gün ərzində 184 min dirhəm, yəni 50 min dollar qazanması ilə nəticələnib. Lakin bundan xəbər tutan həyat yoldaşı dərhal Dubay Polisinə müraciət edib və qadın saxlanılıb.

Adı çəkilməyən əcnəbi qadının Avropadan olduğu bildirilir.

Qeyd edək ki, BƏƏ-də internet vasitəsilə dilənçilik etmək cinayət məsuliyyəti yaradır, həmin şəxslər hətta azadlıqdan məhrum edilə bilər.

Ümumilikdə, polisin hesabatına əsasən, Dubayda Ramazan ayında 128 dilənçi saxlanılıb. Onlardan 85-i kişidir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər