“Fransanı yox, İslandiyanı məğlub etsəydik, yaxşı olardı” - Şenol Günəş

in-12
08:29 2019
Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş AÇ-2020-nin seçmə mərhələsində İslandiyaya 0:2 hesablı məğlubiyyətdən danışıb. “Qafqazinfo” xəbər verir ki, çalışdırıcı Fransanın daimi favorit olduğunu bildirib.

Təcrübəli məşqçi sona qədər mübarizə aparacaqlarını deyib: “Fransa qrupun əsas favoritidir. Bu səbəbdən bizim mübarizə aparacağımız rəqib İslandiyadır. Fransanı deyil, İslandiyanı məğlub etsəydik, daha yaxşı olardı. Rəqib burda aldığı 3 xalla mübarizəyə girdi. Biz qalib gəlsəydik və ya heç-heçə etsəydik, hər şey bizim leyhimizə olacaqdı.

Zədəli futbolçuların olması da qarşılaşmaya təsir etdi. Komandanı dəyərləndirsək, daha yaxşı oyun göstəririk. 3 gün ərzində iki oyun oynamaq da çətindir. Həm hazırlaşmaq üçün vaxtımız az oldu, uzun bir səfərə çıxdıq. Bütün bunlar qarşılaşmaya təsir etdi. Standart vəziyyətlərdən istifadə edəcəklərini düşünürdük. Belə də oldu. Rəqibin hündürboylu futbolçuları onlar üçün üstünlük yaradırdı”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər