Millinin baş məşqçisi istefaya göndərilir?

in-12
08:18 2019
Avro-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin Slovakiyaya biabırçı hesabla uduzması narazılıqla qarşılanıb. Bunun nəticəsi kimi, oyundan dərhal sonra AFFA İcraiyyə Komitəsinin iclası keçirilib və yığmamızın baş məşqçisi Nikola Yurçeviçdən hesabat tələb edilib.

“Qafqazinfo”ya açıqlama verən AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov da oyundan dərhal sonra təcili toplantı keçirildiyini təsdiqləyib:

“Çox danışmağa ehtiyac yoxdur. Pis oyun keçirdik. Əvvəl elə idi ki, meydanda bizi qane etməyən oyun tabloda razı salırdı və ya əksinə olurdu. Ancaq dünən nə meydandakı, nə də tablodakı oyun bizi qane etdi. Buna görə də oyundan dərhal sonra İcraiyyə Komitəsinin üzvləri təcili toplantı keçirərək millimizin baş məşqçisi Nikola Yurçeviçdən hesabat tələb etdi”.

Vaqif Sadıqov açıqlamasında Yurçeviçin istefaya göndərilməsi ehtimalından da söz açıb: “Hazırda belə vəziyyətdə nəsə demək çətindir. Yurçeviçə İcraiyyə Komitəsinin narazılığı bildirilib. Yaxından ondan hesabat tələb olunacaq və o zaman müzakirə aparılacaq. İndidən nəsə deməyə çətinlik çəkirəm. Geniş müzakirələrə ehtiyac var. Görünən odur ki, Yurçeviçlə davam etsək, eyni nəticələr olacaq. Lakin hər şeyi baş məşqçinin üzərinə atmaq da düzgün deyil. Bu, komanda işidir. Biz Yurçeviçi milliyə baş məşqçi təyin edəndə, o, bizə Azərbaycan futbolu ilə yaxından tanış olduğunu bildirmişdi. Tezliklə güclü bir komanda yaradacağını demişdi. Ancaq təəssüf ki, bunun şahidi olmamışıq”.

***

AFFA-nın baş katibi Elxan Məmmədov dünənki məğlubiyyətlə bağlı "Qafqazinfo"ya açıqlamasında danışa bilmədiyini və iclasda olduğunu qeyd edib.

Ehtimal olunur ki, gün ərzində Nikola Yurçeviç istefaya göndəriləcək.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər