“Hələ də futbola nələrsə qata bilərəm” – Ronaldo

in-10
09:20 2019
UEFA Millətlər Liqasının final matçında Hollandiya yığması ilə qarşılaşacaq Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo açıqlama verib.

Goal.az xəbər verir ki, Juventus-un forvardı, final matçı ilə bağlı bunları deyib: “Milli komandada olmaq, bu formanı geyinmək mənim üçün böyük şərəf və qürurdur. Bu, klub matçları ilə müqayisədə olduqca fərqli bir hissdir. Belə bir turnirdə mübarizə aparmaq bizim üçün böyük təcrübədir.

Hollandiya millisi gənc və daha təcrübəli komandadır. Onların son matçlarını izlədim, çox yaxşı oyun göstərirlər. Bilirik ki, hollandlar güclü rəqibdir. Ümid edirəm ki, kuboku qazana bilərik”.

Hücumçu, fiziki hazırlığı ilə bağlı da danışıb: “Hər zaman hazırlıqlı olmaq mənim iş əxlaqımdır. 34 yaşım olsa da, özümü daha yaxşı hiss edirəm. Vacib olan hiss ediləndir. Düşünürəm ki, hələ də futbola nələrsə qata bilərəm”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər