Moldova prezidenti ölkədəki siyasi böhranla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

in-10
05:31 2019
Moldova Prezidenti İqor Dodon beynəlxalq ictimaiyyətindən hakimiyyətin ötürülməsi məsələsində vasitəçilik etməyi xahiş edib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, İ. Dodon bildirib ki, Demokrat Partiyası hakimiyyəti dinc yolla təhvil verməyə hazırlaşmır.

Moldova Prezidenti “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Demokrat Partiyası hakimiyyəti parlament çoxluğuna və qanunu hakimiyyətə təhvil vermək istəmədiyi üçün başqa çıxış yolu yoxdur: “Bu vəziyyətdə bizim beynəlxalq ictimaiyyətdən hakimiyyətin dinc yolla ötürülməsində vasitəçilik etməsini istəməyimizdən başqa çıxış yolu yoxdur. Ya da Moldova xalqını birləşməyə və dinc aksiyalara çağırmalıyıq. Parlamentin qərarı və yeni hökumət vətəndaşların əksəriyyəti tərəfindən dəstəklənir, Qərb və Şərqdəki tərəfdaşlarımız tərəfindən tanınıb. Biz, daxili və xarici siyasətə müxtəlif baxışları olan Moldova vətəndaşları ümumi məqsəd ətrafında – Moldovanı kriminal və diktator rejimindən azad etmək üçün birləşməliyik. Proses artıq başlayıb və geri yol yoxdur. Sona qədər getmək lazımdır. Biz yolumuzdan dönməyəcəyik”.

Ölkədə vəziyyətin dəyişdiyini vurğulayan İ. Dodon Demokrat Partiyasının insanların aksiyalarda iştirak etməməsi barədə çağırışına məhəl qoymamağa da çağırıb.

İ. Dodon Konstitusiya Məhkəməsinin Moldova Prezidenti səlahiyyətlərini baş nazir Pavel Filipə həvalə etməsi barədə qərarını isə hakimiyyəti mənimsəməyə yönələn addım kimi qiymətləndirib.

Qeyd edək ki, şənbə günü rusiyayönümlü Sosialist Partiyası və avropayönümlü ACUM bloku parlament çoxluğunu formalaşdırıb və 3 aydan sonra yeni hökumətin qurulduğu elan edilib. Ancaq Konstitusiya Məhkəməsi parlamentin bu qərarını qanunsuz elan edib. Parlament isə Demokrat Partiyasının məhkəmə yolu ilə hakimiyyəti mənimsəməyə cəhd etdiyini bəyan edib.

Xatırladaq ki, fevralın 24-də Moldovada keçirilən parlament seçkilərindən sonra heç bir partiya parlament çoxluğu qazanmayıb. Bu səbəbdən də hökumətin qurulması üçün parlamentdə koalisiya formalaşdırmaq zərurəti yaranıb. Moldovanın Konstitusiya Məhkəməsinin qərarına əsasən, deputatlar iyunun 7-dək hökuməti formalaşdıra bilməsələr, prezident parlamenti buraxmalı idi. Moldova Prezidenti İqor Dodon isə iyunun 10-dək parlamenti buraxmayacağını bəyan etmişdi.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər