“Real” transfer bombasını partlatdı – RƏSMİ

in-08
12:16 2019
“Çelsi”nin futbolçusu Eden Hazard “Real”a transfer olunub.

Fanat.Az “Kral Klubu”nun rəsmi saytına istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Bildirilir ki, 28 yaşlı cinah oyunçusu tezliklə tibbi müayinədən keçəcək. Sözləşmə şərtləri açıqlanmasa da, mətbuatda bu transferin “Real”a 100 milyon avroya başa gəldiyi yazılıb.

Hazard 2018/19 mövsümündə Premyer Liqada 37 oyuna 16 qol vurub və 15 məhsuldar ötürmə edib. O, “Çelsi”nin Bakıda “Arsenal”ı 4:1 hesabı ilə məğlub etdikləri final qarşılaşmasında isə “dubl” edib.

Peşəkar karyerasına 2007-ci ildə Fransa “Lill”ində başlayan Hazard 2012-ci ildə “Çelsi”yə keçib. O, kapitanı olduğu Belçika millisində 100 oyuna 30 qol vurub.

“Real” transfer bombasını partlatdı – RƏSMİ

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər