Ağsu səhiyyəsi özünün intibah dövrünü yaşayır

noy-08
01:01 2018
Baş həkim Şəhrəbanu Məlikovanın rəhbərliyi altında Ağsu Rayon Mərkəzi Xəstəxanasında öz peşəsini mükəmməl bilən təcrübəli həkimlər çalışırlar

Bu gün Azərbaycanda səhiyyə xidmətlərinin yüksək səviyyədə təşkili dövlətin qarşısında duran əsas prioritet istiqamətlərdən biridir. Ölkə rəhbərliyinin və birbaşa prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkəmizdə yeni tibb müəssisələrinin inşası, eləcə də mövcud səhiyyə ocaqlarının əsaslı təmir edilərək tamamilə yeni bir formatda vətəndaşlarımızın xidmətinə verilməsi artıq çoxdan bir ənənə halını almışdır. Sevindirici haldır ki, bu proses təkcə paytaxt Bakıda deyil, həmçinin rayon və bölgələrimizdə də sürətlə gedir. Bir müddət əvvəl əsaslı təmir olunaraq, tamamilə yeni, daha yüksək standartlar səviyyəsində öz fəaliyyətini uğurla davam etdirən tibb müəssisələrindən biri də Ağsu Rayon Mərkəzi Xəstəxanasıdır.

Məlum olduöu kimi, Ağsu RMX-nın yeni binasının inşası 2016-cı ildə başa çatdırılıb. Qyd edək ki, həmin ilin aprel ayının 29-da xəstəxananın yeni binasının açılışında prezident İlham Əliyev şəxsən özü iştirak etmişdi.

Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binası 3 hektardan çox ərazidə inşa olunub. Əsas bina, yoluxucu xəstəliklər korpusu və 15 çarpayılıq vərəm dispanserindən ibarət olan xəstəxanada doğum, terapiya, cərrahiyyə, pediatriya, anesteziologiya-reanimasiya, patoloji-anatomiya, poliklinika şöbələri fəaliyyət göstərəcək. Bundan əlavə, şüa-diaqnostika, hemodializ və laboratoriya şöbələri də xəstələrin istifadəsində olacaq. Bu şöbələrin hamısı tibbin son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib. Bütün bunlar göstərir ki, son illərdə səhiyyə sahəsində yaşanan genişmiqyaslı dəyişiklik bu sektorun dünyanın müasir tibbi texnika və avadanlıqları ilə təmin olunmasıdır.

Ağsu səhiyyəsi özünün intibah dövrünü yaşayır

Bu gün Ağsu Rayon Mərkəzi Xəstəxanası tibb sahəsinin ən yüksək standartlarına cavab verir. Məlumatlara görə, bu yaxınlara qədər Ağsuda olan dializ xəstələri müalicə almaq üçün mütəmadi qaydada Şamaxı xəstəxanasına gedirdilər. İndi isə, buna ehtiyac qalmayıb. Bütün müalicələr artıq Ağsu RMX-da uğurla aparılır. Sakinlərin dediyinə görə də Ağsu Rayon Mərkəzi Xəstəxanasında əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərilir. Sakinlər xəstəxananın baş həkimi Şəhrəbanu Məlikovadan xüsusilə razılıq edirlər. Onların sözlərinə görə, rayon səhiyyəsində ciddi nizam-intizam olmaqla yanaşı, öz peşəsini mükəmməl bilən bilikli və təcrübəli həkimlər çalışırlar. Xüsusilə vurğulamaq lazımdır ki, xəstəxananın elmi potensialı da yüksək səviyyədədir. Bu gün Ağsu RMX təkcə bu rayonun sakinlərinə deyil, eyni zamanda ətraf bölgələrdə yaşayan vətəndaşlara da yüksək səviyyədə xidmət göstərir.

Ağsu səhiyyəsi özünün intibah dövrünü yaşayır

Ümumiyyətlə etiraf etmək lazımdır ki, Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Son illərdə Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə reallaşdırılan siyasətin prioritetləridir. Bu gün artıq ölkəmizin bütün regionlarında yaşayan əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və müalicəni, əməliyyatları həyata keçirməyə imkan verən yeni səhiyyə müəssisələri yaradılıb. O cümlədən Ağsu rayonunda səhiyyənin bu gün ən yüksək standartlara cavab verən bir səviyyədə olması da bütün bu deyilənlərə ən bariz nümunədir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər