Rayon İcra Hakimiyyətinin başçısı Nuran kəndində vətəndaşları qəbul edib

in-07
18:49 2019
Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Nuran kəndində vətəndaşları qəbul edib.

Səyyar qəbulda vətəndaşlar həyətyanı və kənd təsərrüfatı məqsədilə torpaq sahələrinin ayrılması, fevralın 5 və 6-da baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evinin yenidən tikintisinin icrası, kənd ərazisindəki yararsız elektrik verilişi dayağlarının dəyişdirilməsi, taxıl biçini ilə əlaqədar kombaynlarla təminatın yaxşılaşdırılması və digər yerli əhəmiyyətli sosial problemlərlə əlaqədar xahiş və təkliflər səsləndiriblər.

Vətəndaşların müraciət və təklifləri araşdırılaraq nəzarətə götürülüb və onların icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Rayon İcra Hakimiyyətinin başçısı Nuran kəndində vətəndaşları qəbul edibRayon İcra Hakimiyyətinin başçısı Nuran kəndində vətəndaşları qəbul edib

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər