Türkiyəli pilotların ABŞ-da təlimə qəbulu dayandırıldı

in-07
06:24 2019
ABŞ rəsmi Ankaranın Rusiyadan “S-400” zenit-raket kompleksini satın alma qərarı ilə əlaqədar Türkiyədən F-35 qırıcıları üçün pilotların təlimlərə qəbul edilməməsi barədə qərar verib.

“Qafqazinfo”nun “Röyters”ə istinadən verdiyi xəbərə görə, qərar hazırda ABŞ-da olan pilotlara deyil, Arizona ştatında yerləşən “Lyuk” aviabazasında təlimə qoşulmaq istəyənlərə şamil olunub.

Məlumata görə, hazırda “Lyuk” aviabazasında 4 türkiyəli pilot təlim görür. Türkiyədən olan daha iki pilot isə təlimatçı olaraq fəaliyyət göstərir.

Eyni zamanda, aviabazada 20 Türkiyə vətəndaşı var ki, onlar da hərbi təyyarələrin istismarına məsuliyyət daşıyır, amerikalı mütəxəssislərin rəhbərliyi altında təlim keçirlər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər