Rusiyada azərbaycanlı avtoritet öldü - Yerinə keçəcək namizədlər

in-03
05:43 2019
Azərbaycanlı avtoritet Vaqif Güləhməd oğlu Sultanov (Vaqif Kamışlovski) 67 yaşında Rusiyada dünyasını dəyişib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, əsasən Sverdlovsk əyalətinə nəzarət edən və “Lotu Quli”nin (Nadir Səlifov) adamı kimi tanınan “vor-zakon”un nəşi qohumları tərəfindən Azərbayana gətirilib və burada dəfn olunub.

Vaqif Kamışlovski uzun müddətdir səhhəti ilə bağlı problem yaşayırdı və kriminal aləmdən, demək olar ki, getmişdi. Heç kimi tanımayan kriminal avtoritetin sağalacağına ümid edən qohumları onun xaricdə müalicəsi üçün pul da yığıblar.

Hazırda Sverdlovsk əyaləti yeni “nəzarətçi”sini gözləyir. Kamışlovskinin yerinə iddialı namizədlər Andrey Vorotnikov, Ağayar Ağayev, Nadir Səlifov və Qiya Sverdlovskidir.

Hələ aprelin ortalarında Kamışlovskinin öz səlahiyyətlərini Andrey Vorotnikova təhvil verməsi üçün hazırlanan “yığıncaq” hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dağıdılıb.

Rusiyada azərbaycanlı avtoritet öldü - Yerinə keçəcək namizədlər

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər