“Azərbaycanın müstəqil siyasəti məni valeh edir” — Fransalı deputat

may-29
11:19 2019
Azərbaycanın Rusiya və İranla sərhədləri nəzərə alınsa, ölkənizin müstəqil siyasəti məni valeh edir.
Bunu Fransa Parlamentinin üzvü Jan-Lyuk Reytser Milli Məclisdə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqil siyasət həyata keçirir:
“Azərbaycan inkişaf etməklə yanaşı, müstəqilliyini qoruyub. Azərbaycandakı tolerantlıq da məni ruhlandırır. Azərbaycan müsəlman ölkəsi olsa da, dünyəvi bir ölkədir. Biz Azərbaycanla müqayisədə Parismdə daha çox başı örtülü qadınlara rast gəlirik. Azərbaycanda etnik azlıqlar sərbəst yaşayır. Bəziləri deyir ki, Azərbaycanda demokratiya tam deyil. Hansı ölkədə demokratiya tamdır? Fransada da demokratiya tam bərqərar olmayıb. Onva görə də insanlara deyirəm ki, Baıkya gəlin, müaşhidə edin. Azərbaycana gəlməklə reallıqları görəcəksiniz”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər