“Yalandan ağzını tərpədirsən...” - Aygün qınadı

may-27
06:42 2019
Xalq artisti Aygün Kazımova toyda fonoqram oxuyanlara etiraz edib. Müğənni bu barədə “ATV maqazin onlarla” proqramına açıqlamasında bildirib.

Aygün canlı oxumayan həmkarlarını qınayıb: “Etiraf edim ki, əvvələr el şənliklərindən imtina edirdim. Səhnədən istədiyimi ala bilmirdim. Əgər məni toya dəvət edirlərsə, demək ki, ifalarımı bəyənirlər. Toyda öz ifalarımı təqdim etmək istəyirdim. Vaqif Gərayzadə o vaxtlar buna etiraz etdi. Dedi ki, toyda öz repertuarını oxumaq olmaz. Zamanla bu qəbul olundu. İndi mən böyük səhnələrdə etdiyim şounu toy şənliklərində edirəm.

Polad Bülbüloğlunun sözlərini indi xatırlamaq istəyirəm. Deyirdi ki, “müğənni canlı oxumursa, onu niyə çağırırsız? Kasetini qoyun, qulaq asın! Müğənniyə əziyyət verib toya çağırmağa ehtiyac yoxdur”. Vicdan məsələsi var. Qonorar verirlər, miqdarı kiçik də deyil. Toya gələrək yalandan ağzını tərpədirsən”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər