“Makdonals”da qalmaqal: İşçilərə taciz edib, cinsi orqanını göstərib…

may-23
05:24 2019
İşçilər rəhbərliyi uyğunsuz davranışlarda, cinsi əlaqəyə girmək təklifləri ilə çıxış etməkdə, xoşagəlməz atmacalar atmaqda və cinsi orqanlarını publik şəkildə nümayiş etdirməkdə günahlandırıblar.

ABŞ-da “Makdonalds” fast-food restoranlar şəbəkəsinin rəhbər vəzifələrində çalışan 20-dən çox işçisi haqqında cinsi qısnama ittihamı ilə cinayət işi açılıb.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

“Təcavüzə məruz qalarkən 16-17 yaşlarında olan “Makdonalds”ın cəsur işçiləri bəyan ediblər ki, onlar çox vaxt rəhbərliyin uyğunsuz davranışları ilə qarşılaşıblar” – deyə təcavüzə məruz qalmış qadınların vəkili İv Servantes bildirib. Onlar rəhbər işçiləri uyğunsuz davranışlarda, cinsi əlaqəyə girmək təklifləri ilə çıxış etməkdə, xoşagəlməz atmacalar atmaqda və cinsi orqanlarını publik şəkildə nümayiş etdirməkdə günahlandırıblar. Qadınlar həmçinin bildiriblər ki, onların şikayətlərini rəhbərlik ya rədd edib, ya da bunu zarafat kimi qarşılayıb.

“Təcavüz başlayanda mən hər şeyi birmənalı olaraq inkar edirdim. Düşünməzdim ki, mənim hörmət etdiyim və dəyər verdiyim adam məni məqsədyönlü şəkildə alçaldacaq, mənimlə əşya kimi rəftar edəcək və özümü alçaldılmış hiss etməyimə səbəb olacaq” – deyə Cənubi Karolina ştatındakı restoranın əməkdaşı Latarşa Smit bildirib. Onun sözlərinə görə, rəisin yanına getməkdən imtina edəndə, o, qızı kobud sözlərlə alçaldır, işdən uyğunsuz vaxtda çıxmağı tələb edir və onun adını ixtisasartırma proqramından çıxarırdı.

“Makdonalds” restoranlar şəbəkəsinin ABŞ-da 14 min restoranı var və onlarda 850 min adam çalışır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər