Kərimi döyən şəxs polisdir? – Kimliyi açıqlandı, araşdırma başladı

may-22
08:45 2019
Bakıda müğənni Kərim Abbasova hücum edən şəxsin kimliyi məlum olub.

Bu barədə Oxu.Az-a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, müğənniyə hücum edən şəxs Bakı şəhəri, Nəsimi rayon sakini, 1984-cü il təvəllüdlü Elvin Ramazanovdur:

“Həmin şəxs Binəqədi rayon Polis İdarəsinə dəvət edilərək izahatı alınıb”.

E.Hacıyevin sözlərinə görə, onun polis olması ilə əlaqədar yayılan xəbərlər əsassızdır.

“Elvin Ramazanov polis orqanlarında işləmir və mülki vətəndaşdır. Hazırda faktla bağlı Binəqədi rayon Polis İdarəsinin təhqiqat şöbəsində təhqiqat-araşdırmaları davam etdirilir”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər