Azərbaycanda yaşamaq istəyənlərin nəzərinə — Rüsumlar dəyişir

may-21
09:31 2019
Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vərəqələrinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rusumları dəyişir.
Bu, mayın 21-də Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. Qüvvədə olan qanuna görə, yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsinin verilməsi və müddətinin uzadılması ilə əlaqədar 3 ayadək müddət üçün 30 manat, 6 ayadək müddət üçün 60 manat, 1 ilədək müddət üçün 120 manat, 1 il 6 ayadək müddət üçün 180 manat, 2 ilədək müddət üçün 240 manat, 2 il 6 ayadək müddət üçün 300 manat, 3 ilədək müddət üçün 360 manat dövlət rüsumu alınır.

Təklif edilən dəyişikliyə əsasən, yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanə arzisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsinin 15 iş günü ərzində verilməsi və müddətinin uzadılması ilə əlaqədar 3 ayadək müddət üçün 40 manat, 6 ayadək müddət üçün 80 manat, 1 ilədək müddət üçün 160 manat, 1 il 6 ayadək müddət üçün 240 manat, 2 ilədək müddət üçün 320 manat, 2 il 6 ayadək müddət üçün 400 manat, 3 ilədək müddət üçün 480 manat dövlət rüsumu alınacaq. İcazə vərəqəsi 20 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda isə 3 ayadək müddət üçün 30 manat, 6 ayadək müddət üçün 60 manat, 1 ilədək müddət üçün 120 manat, 1 il 6 ayadək müddət üçün 180 manat, 2 ilədək müddət üçün 240 manat, 2 il 6 ayadək müddət üçün 300 manat, 3 ilədək müddət üçün 360 manat dövlət rüsumu alınacaq.
Qüvvədə olan qaununa görə, yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanə arzisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsinin verilməsi və müddətinin uzadılması ilə əlaəqdar 3 ayadək müddət üçün 15 manat, 6 ayadək müddət üçün 30 manat, 1 ilədək müddət üçün 60 manat, 1 il 6 ayadək müddət üçün 90 manat, 2 ilədək müddət üçün 120 manat, 2 il 6 ayadək müddət üçün 150 manat, 3 ilədək müddət üçün 180 manat dövlət rüsumu alınır. Təklif edilən dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsinin 15 iş günü ərzində verilməsi və müddətinin uzadılması ilə əlaqədar 3 ayadək müddət üçün 25 manat, 6 ayadək müddət üçün 50 manat, 1 ilədək müddət üçün 100 manat, 1 il 6 ayadək müddət üçün 150 manat, 2 ilədək müddət üçün 200 manat, 2 il 6 ayadək müddət üçün 250 manat, 3 ilədək müddət üçün 300 manat dövlət rüsumu alınacaq. İcazə vaərənəsi 20 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda isə 3 ayadək müddət üçün 15 manat, 6 ayadək müddət üçün 30 manat, 1 ilədək müddət üçün 60 manat, 1 il 6 ayadək müddət üçün 90 manat, 2 ilədək müddət üçün 120 manat, 2 il 6 ayadək müddət üçün 150 manat, 3 ilədək müddət üçün 180 manat dövlət rüsumu alınacaq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər