“Əgər İran döyüşmək istəsə bu rəsmən onun sonu olacaq…” – Tramp hədələdi

may-21
05:51 2019
ABŞ prezidenti Donald Tramp İranın ünvanına növbəti hədələyici bəyanatla çıxış edib.

Virtualaz.org xəbər verir ki, Tramp özünün Tvitter səhifəsində yazıb: “Əgər İran döyüşmək istəyirsə bu rəsmən İranın sonu olacaq. Birləşmiş Ştatları hədələməyə cəsarət etməyin”.

Bu hədə İrana bağlı husi qruplaşmalarının Səudiyyə Ərəbstanında neft kəmərinə hücumu və Bağdadın “yaşıl zonasına”, ABŞ səfirliyi istiqamətinə raket atılması fonunda səslənir. Tramp daha əvvəl İranla bağlı nisbətən barışdırıcı tonda danışmışdı və “İranla müharibə başlayacaqmı?” sualına belə cavab vermişdi: “Ümid edirəm ki, yox. Əminəm ki, İran tezliklə danışıqlara gedəcək”.

Ötən bazar günü Tramp Fox News-a müsahibəsində bildirib ki, İranın nüvə silahı əldə etməsinə yol verilməyəcək. “Mən ancaq onu istəyirəm ki, onların əlində bizi hədələmək üçün nüvə silahı olmasın. Məsələ belədir ki, mən döyüşməyin tərəfdarı deyiləm. Çünki müharibə iqtisadiyyatı dağıdır, ən mühümü budur ki, müharibədə insanlar həlak olur. Laki İranla bağlı məsələ belədir ki, onlara nüvə silahı əldə etmək imkanı vermək olmaz”-o bildirib.

Xatırladaq ki, ABŞ Fars körfəzi regionuna qüvvə cəmləşdirir və bunu İranın regionda Birləşmiş Ştatların maraqlarına qarşı hansısa hücumlar hazırlaması ilə əsaslandırır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər