“Qarabağ” üçün 13 potensial rəqib

may-20
07:58 2019
Ölkəmizi ardıcıl 6-cı dəfə Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın daha 4 potensial rəqibi müəyyənləşib.

Qol.az xəbər verir ki, görə, ÇL-ə son vəsiqə qazananlardan “Sarayevo” (Bosniya və Herseqovina), “Pyast” (Polşa) və “Sutyeska” (Monteneqro) səpələnməmişlərin sırasına düşüb. Bundan başqa, qeyri-müəyyənlərdə göstərilən “Valletta”nın (Malta) da artıq səpələnməmişlər arasında olacağı dəqiqləşib.

Bu isə o deməkdir ki, adıçəkilən klublardan hər biri 1-ci təsnifat mərhələsində mübarizə aparacaq və səpələnmişlər səbətindən yer alacaq “Qarabağ”a rəqib ola bilər.

Artıq Ağdam təmsilçisinin 16 potensial rəqibindən 13-ü məlumdur.

Səpələnmişlər: “Seltik” (Şotlandiya), BATE (Belarus), “Astana” (Qazaxıstan), “Qarabağ” (Azərbaycan), “Maribor” (Sloveniya), “Srvena Zvezda” (Serbiya), “Şerif” (Moldova), “Rusenborq” (Norveç), HİK (Finlandiya), “Dundalk” (İrlandiya), “Düdelanj” (Lüksemburq), “Şkendiya” (Makedoniya), TNS (Uels), “Slovan” (Slovakiya), AIK (İsveç).

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər