Paşinyan: Saat 12-də Ermənistanda inqilab olacaq

may-20
06:22 2019
Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə inqilabın ikinci və əsas mərhələsinin anonsunu verib. Bu barədə mayın 19-da Facebook səhifəsində yazıb:

“Sabah (bu gün – red.) saat 12:00-da mən Ermənistanda inqilabın ikinci mərhələsini elan edəcəm. Ümumxalq dəstəyini səbirsizliklə gözləyirəm”.

Daha öncə Paşinyan həmvətənlərini ölkədəki bütün məhkəmələri blok etməyə çağırmışdı. Bu bəyanat sabiq prezident Robert Koçaryanın azadlığa buraxılmasından dərhal sonra səsləndirilmişdi.

Koçaryanın azadlığa buraxılmasını qondarma Dağlıq Qarabağ Respublikasının sabiq və hazırki rəhbərləri Bako Saakyan və Arkadi Qukasyan dəstəkləmişdi.

Qeyd edək ki, Koçaryan 2018-ci il iyulun 27-dən həbsdə idi.

oxu.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər