Azərbaycan taekvondoçusu ardıcıl ikinci dəfə dünya çempionu titulunu qazanıb

may-20
06:17 2019
Azərbaycan taekvondoçusu Milad Beiqi Harçeqani növbəti dəfə dünya çempionu titulunu qazanıb.

80 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Mançesterdə keçirilən mundialda bütün rəqiblərini məğlub edib.

Bir gün öncə dayanq üzərinə çıxan Milad Beiqi Harçeqani finaladək ardıcıl olaraq, kubalı Xose Komasa (17:4), fransalı İsmael Bouzid Souhiliyə (19:4), moldovalı Aaron Kuka (40:26) və cənubi koreyalı Vu Hyeok Parka (37:20) qalib gəlib.

O, bu gün baş tutan finalda Apostolos Telikostooğlu (Yunanıstan) ilə döyüşüb. Olimpiya mükafatçımız rəqibinə şans verməyərək, ardıcıl ikinci dəfə dünya çempionatı qızıl medalla bitirib. Taekvondoçumuz rəqibinə 22:12 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, daha öncə Fəridə Əzizova (67 kq) yığmamıza bürünc medal qazandırıb. Mundiala isə bu gün yekun vurulacaq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər