Kürdəmirdə ilin birinci rübünün yekunları müzakirə olunub

may-18
08:12 2019
Mayın 17-də rayon icra hakimiyyətinin akt zalında “Kürdəmir rayonunun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun hesabat yığıncağı keçirilib.
Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Qalib Əsgərov, Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının işçiləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədirləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İclasda geniş məruzə ilə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə Respublika Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş 30 aprel tarixli iclasında bu ilin 3 ayında görülmüş işlər ətraflı təhlil edilmiş, qazanılan nailiyyətlər yüksək qiymətləndirilmişdir.Möhtərəm Cənab Prezidentimiz müşavirədə son illər ərzində müxtəlif mərhələlərdə islahatların aparıldığını və bu islahatlar nəticəsində ölkəmizin inkişaf etdiyini, son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmadığını qeyd etdi. Cənab Prezident müşavirədə ölkəmizdə çox böyük infrastruktur layihələrin icra edildiyini, insanların rifah halının yaxşılaşdığını və Respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradıldığını bildirdi.Cənab Prezident qeyd etmişdir ki, birinci rübdə ümumi daxili məhsul 3 faiz, sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz, kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri 5,5 faiz artmış, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulmuş və bu sərmayənin 2 milyardı ölkəmizin qeyri neft sektoruna yatırılıb.Cənab Prezident birinci rübdə büdcə daxilolmalarının 200 milyon manatdan çox artdığını, bunun 150 milyon manatdan çox hissəsinin vergi sahəsində, 50 milyon manatdan çox hissəsinin isə gömrük sahəsində əldə edildiyini qeyd etdi. Cənab Prezident müşavirədə minimum əmək haqqının və minimum pensiyaların təxminən 40 faiz, sosial müavinətlərin orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinətlərin 50 faiz, tələbələrin təqaüdünün, Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verilən müavinətlərin artdığını qeyd etdi.Son 15 ildə ölkədə 2 milyon yeni iş yerinin yaradıldığını, əhalinin sayının 10 milyona çatdığını, bunun da qarşımızda yeni vəzifələr qoyduğunu və infrastruktur layihələrinin icrasının diqqət mərkəzində saxlanıldığını, Ağsu, İsmayılı və Şamaxı rayonlarında baş vermiş zəlzələnin fəsadlarının uğurla aradan qaldırıldığını deyən dövlətimizin başçısı Azərbaycan vətəndaşını əmin etdi ki, dövlət həmişə onların yanında olacaqdır.Möhtərəm Cənab Prezidentimiz müşavirədə Şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı imzaladığı fərmanın icra edilməsi nəticəsində 12 mindən çox Şəhid ailəsinin dövlət tərəfindən 11 min manat məbləğində vəsait alacağını, 100 minlərlə insanı narahat edən problemli kredit məsələsinin uğurla həll olunduğunu, kompensasiyaların verilməsi prosesinə başlanıldığını bildirdi.
Hesabat dövründə Kürdəmir rayonunda görülən işlərdən danışan Ceyhun Cəfərov bildirib ki, 2019-cu ilin 3 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul 10,2 faiz artaraq 77341,4 min manat olmuşdur. Ümumi daxili məhsulun 56,4 faizi məhsul istehsalı sahəsində, 43,6 faizi xidmət sahələrində olmuşdur.Rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2019-cu ilin birinci rübündə 289 nəfər işlə təmin olunmuşdur ki, bundan 274 nəfəri daimi, 15 nəfəri isə müvəqqəti və mövsümü işlə təmin olunanlardır.Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən “DOST İş Mərkəzi” MMC-nin vasitəsi ilə rayonumuzda ictimai işlərə 355 nəfər işaxtaran vətəndaş cəlb edilmişdir. 2019-cu ilin aprel ayında 61 nəfər işaxtaran vətəndaş Azəriqaz İstehsalat Birliyində, 35 nəfər “Azərişıq” ASC-də, 8 nəfər isə “Şirvan” Regional Enerji idarəsində sosial işlələrə cəlb olunmuşlar. Cənab Prezidentimizin diqqət mərkəzində saxladığı məsələlərdən biri olan əhalinin özünüməşğulluğunun təmin olunması ilə əlaqədar rayonumuzda özünəməşğulluq proqramına cəlb olunmaq üçün 600 nəfərin ərizə anketi qeydiyyata alınmış, özünüməşğulluq proqramına uyğun iştirakçıların yaşayış ünvanlarına baxış keçirilmiş, birinci mərhələ üçün 16 nəfər seçilərək onlarla təlimlərə başlanılmışdır.
Hesabat dövründə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonumuzda aqrar sektorun inkişafına diqqət daha da artırılmışdır. Rayonda taxıl istehsalının artırılması üçün tədbirlər davam etdirilmişdir. Bu ilin məhsulu üçün ötən ilin payızında 18120 hektarda buğda, 29926 hektarda arpa olmaqla cəmi 48046 hektar sahədə dənlik taxıl əkilmişdir. Hazırda taxıl sahələrinə qulluq edilməsi ilə yanaşı, taxıl biçininə hazırlıq işləri də davam etdirilir. Biçin mövsümünə 42 kombayn hazırlanır və onlarda təmir işləri aparılır. Rayonda taxıl biçinini vaxtında başa çatdırmaq məqsədi ilə kənardan əlavə 130-dan çox kombayn cəlb edilməsi ilə bağlı iş aparılır, müqavilələr bağlanılır.Rayonda yazlıq əkinlər mütəşəkkil davam etdirilir. Hazırki vaxta 1390 hektardan çox sahədə yonca səpilmiş, 915 hektardan çox sahədə kartof əkini aparılmış, 1383 hektardan çox tərəvəz toxumu səpilmiş, 2600 hektarda bostan, 216 hektardan çox sahədə şəkər çuğunduru əkilmişdir.Rayonumuzda bu il 2809,2 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuş, pambıq əkən şəxslər müəyyənləşdirilmişdir. Belə ki, “P-Aqro” MMC tərəfindən 1800 hektarda, “MKT İK”MMC tərəfindən 724,2 hektarda, Vüqar Aqro” MMC tərəfindən 250, “Azərpambıq” MMC tərəfindən 35 hektarda hektarda pambıq əkini üçün müqavilələr bağlanılmış, pambıq əkiləcək sahələr optimal müddətdə şumlanmış, arat edilmiş və səpin aparılmışdır. Sahələrə 30 mala traktoru, 31 ədəd səpin aqreqatı çıxarılmış, 2809 hektarda səpin işləri başa çatdırılmışdır. Havaların yağıntılı keçməsi pambıq səpinini xeyli ləngitmiş, buna baxmayaraq səpin işlərinin tezliklə başa çatdırılması üçün bütün təşkilati və texniki tədbirlər görülmüşdür. Pambıq səpini ilə əlaqədar sahələrdə 3000 nəfərdən çox işçi qüvvəsi çalışmışdır. Artıq sahələrdə əsasən normal çıxış alınmış, hazırda birinci kompleks becərmə işləri aparılır.Pambıqçılıq sahəsində aparılan işlər bu il hər hektardan 20 sentnerdən çox məhsul əldə etməyə zəmin yaradır. Rayonda əkinçilik üçün əlverişli olan 14573 hektar qış otlaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmişdir. Bu torpaqlarda artıq 5 aqropark yaradılmış, aqroparklar tərəfindən bu sahələrin meliorasiya olunması, müasir suvarma sistemləri qurulması, torpağın yaxşılaşdırılmasına yönəldilən digər tədbirlərin görülməsi sahəsində işlər aparılır. Bu il artıq bu torpaqların 6831 hektarında taxıl, 1090 hektarında pambıq əkilmiş, 1800 hektarında qarğıdalı, günəbaxan və sair yazlıq əkinlərin aparılması işləri davam etdirilir. Rayonda 2018-ci ildə 20400 kq barama istehsal edilmiş, bu il 33 ton barama istehsalı nəzərdə tutulmuşdur. Barama saxlayacaq kumçülər müəyyənləşdirilmiş, kümxanalar hazır vəziyyətə gətirilmiş, sanitar tədbirlər görülmüşdür.Bu il üçün 249 nəfər kümçüyə 825 qutu barama qurdu paylanılmış və müvafiq kağız və digər avadanlıqlarla təmin edilmişdir. Barama qurdlarının yem bazasının təmin edilməsi məqsədi ilə 2018-ci ildə 126 min tut tingi əkilmiş, bunlardan 55 min ədədi Çin Respublikasından gətirilmiş, 71 mini isə yerli tut tingləridir. Ümumilikdə rayon üzrə 239,5 min ədəd tut tingi əkilmişdir. Bu il tərəvəzin örtülü qruntlarda yetişdirilməsi genişləndirilmiş, 12 hektarda müasir istixana qurulmuş, əlavə 7 hektarda xırda istixanalarda tərəvəz yetişdirilir. Müasir istixanaların sahəsinin 400 hektara çatdırılması üçün hazırlıq işləri aparılır.
Torpaqların su təminatının yaxşılaşdırılması sahəsində xeyli işlər görülmüşdür. Bu ilin birinci rübündə 251 km uzunluqda kanallar, 55 km dren kollektorları lildən təmizlənmiş, 2,1 km latok kanal, 49 hidrotexniki qurğu, 4 nasos, 1 nasos stansiyası əsaslı təmir edilmişdir.Rayonun Pirili-Muradxan və Şilyan massivlərində təyinatı əkinçilik məqsədi ilə dəyişdirilmiş 10600 hektar sahənin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Ərəbxana-Şilyan kanalının su keçirmə qabiliyyətinin artırılması, Muradxan-Pirili kanalının tikilməsi layihələrində işlərin 60 faizi görülmüşdür. Tikintilərin qalan hissəsinin aparılması üçün maliyyə vəsaitinin ayrılması məqsədi ilə aidiyyatı orqanlara müraciətlər davam etdirilir. Əlavə vəsait ayrıldıqdan sonra bu sahədə işlər davam etdiriləcəkdir.Ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən rayonun Axtaçı-Qarabucaq, Qoçulu, Garıs-Əyribənd və Bağman kəndlərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə cari ilin birinci rübündə modul tipli su təmizləyici qurğuların quraşdırılması işi başa çatdırılmışdır.Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür. Hazırda iri buynuzlu mal qaranın sayı 66,3 min başı, qoyun keçilərin sayı 138 min başı ötmüş, heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunmuşdur. Bu ilin ötən dövründə 2223 tondan çox ət, 10678 ton süd, 6 milyon 841 min ədəd yumurta istehsal edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayon üzrə ət itehsalı 7,1 faiz, süd istehsalı 0,1 faiz artmışdır.Dövlət praqramına uyğun olaraq Kürdəmir Süd Emalı Zavodunun Padarçöl heyvandarlıq kompleksinin genişləndirilməsi işləri davam etdirilir. Kompleksdə 2000 baş heyvanın saxlanılması nəzərdə tutulur. Hazırda fermada 1270 baş südlük Holstein Friz cinsli inək bəslənilir, ayda orta hesabla 920 ton süd istehsal edilir. Dövlət Proqramının icrası ilə əlaqədar hazırda rayonda 34 km-lik Pirili-Muradxan - Sor-Sor avtomobil yolunda yenidənqurma işləri həyata keçirilir. Avtomobil yolunda yolun çəkilişi başa çatdırılmış, hazırda həmin yolda çiyinlərin 12 sm qalınlıqda optimal qum çınqıl materialı ilə bərkidilməsi işləri görülür və yol nişanlarının, məlumat verici lövhələrin quraşdırılması üçün hazırlıq işlərinə başlanılmışdır. Rayonun 37,2 km-lik Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunda torpaq və qum çınqıl işləri görülmüş, hazırda Böyük Kəngərli kəndi ilə Bağman kəndini birləşdirən ərazidə yolun torpaq yatağının işlənməsinə başlanılmdışdır. 14,3 km-lik Şilyan-Qarasu avtomobil yolunun yenidən qurulması işlərinə başlanılmış, hazırda Baş Şirvan kollektoru üzərində 4 aşırımlı körpünün tikintisi işləri aparılır və yol yatağının kipləşdirilməsi işləri davam etdirilir.3,75 km Yenikənd-Dəyirmanlı avtomobil yolunda əsaslı təmir işlərinə başlanılmışdır. Yolun əsası əlavə material verilməklə kipləşdirilmiş, 3,75 km məsafədə asfalt örtüyü vurulmuş, tikinti işləri başa çatdırılmışdır. Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur.Rayonun elektrik enerjisi təchizatının yaxşılaşdırılması sahəsində əhalinin elektrik enerjisinə olan tələbatını ödəmək məqsədi ilə 2019-cu ilin birinci rübündə Kürdəmir şəhəri ərazisində, Atakişili, Ərəbqubalı və Pirili kəndlərində 16 km açıq naqilllər SİP kabellə əvəz olunmuş, şəhər ərazisində, Atakişili, Sığırlı və Xırdapay kəndlərində 470 abonentin sayğacları müasir tipli sayğaclarla əvəz edilmişdir. Hazırda Kürdəmir şəhəri ərazisində, Atakişili, Xırdapay, Ərəbqubalı və Pirili kəndlərində yenidənqurma işləri davam etdirilir. Birinci rüb ərzində rayon üzrə sərf olunan elektrik enerjisinin dəyəri əhali sektoru üzrə 83,4 % təşkil etmişdir. 2019-cu ilin birinci rübü ərzində “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti idarəsi tərəfindən rayonun Qağacılı kəndində yenidənqurma işləri aparılmış, 77 nəfər abonentə diametri 76 mm olan borudan istifadə edilməklə 1600 metr yeni qaz xətti çəkilmiş, sayğaclar quraşdırılmışdır.Rayonun qazlaşdırılmamış Qarabucaq qəsəbə, Qarabucaq və Qurdbayram kəndlərinin qazlaşdırılması ilə əlaqədar tikinti işlərinə başlanılmış, hazırda daşıyıcı xəttin çəkilişinə və yaşayış məntəqələrinin qazlaşdırılmasına başlanılmışdır. 2019-cu ilin birinci rübündə Kürdəmir şəhər əhalisinə içməli su və çirkab suların axıdılması üzrə xidmətlərin yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüşdür. Şəhərə gələn mərkəzi su xətlərində müxtəlif siyirtmələr yenisi ilə əvəz edilmiş, küçə xətlərində su sızmalarının qarşısı alınmış, xətt boyunca təmir işləri həyata keçirilmişdir.2019-cu ilin üç ayı ərzində 25109 nəfər əhaliyə su və kanalizasiya xidməti göstərilmiş, 125077 manat su pulu yığılmış, 200 qeyri-əhali abonentinə xidmət göstərilmişdir.2019-cu ilin birinci rübündə telefon rabitəsinə olan tələbatla əlaqədar 72 vətəndaşa telefon xətti çəkilmiş, internet abunəçilərinin sayı 3406 nəfərə çatdırılmış, yeni nəsil 4G “LTD” şəbəkəsinin istifadəyə verilməsi ilə əlaqədar Carlı, Xəlsə, Qocalı kəndləri istiqamətində 7 km optik kabel çəkilmişdir.2019-cu ilin 3 ayı ərzində rayon Kommunal Müəssisələri Kombinatı və Mənzil İstismar Sahəsi şəhərimizin bütün küçə və meydanlarının daima təmiz və səliqəli saxlanılmasında səylə çalışmış, ərazilərdə olan məişət tullantılarının mütəmadi götürülməsi əsasən təmin olunmuşdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq 2019-cu ilin 3 ayı ərzində rayonumuzda tikinti-quraşdırma, yenidənqurma və abadlıq işləri yerinə yetirilmişdir.Ölkə Rəhbərinin müvafiq sərəncamına uyğun olaraq Kürdəmir rayonunda “Xalça istehsalı emalatxanası”nın tikintisi işləri başa çatdırılmış, hazırda ərazidə abadlıq işləri davam etdirilir.Dövlət Proqramına uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 mart tarixli Sərəncamı ilə Kürdəmir rayonunda “ASAN xidmət” mərkəzinin tikintisinə başlanılmış, “ASAN xidmət” mərkəzində restoran, yeməkxana, çay evi və “ASAN xidmət”in əsas binasının dəmir-beton hissələri və aralıq divar qatlarının hörgü işləri tamamlanmış, daxili və xarici kommunikasiya xətlərinin montaj işlərinə başlanılmışdır. Hazırda binanın keramik daş və şüşə üzlüklərlə üzlənməsi işlərinə başlanılmışdır. “Azpetrol” yanacaq doldurma məntəqəsi və motel binasının tikintisində əsas dəmir-beton işləri tamamlanmış, arakəsmə divarlarının tikintisinə başlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 01 iyul tarixli 298 nömrəli sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na edilmiş “Əlavələr”in icrası ilə əlaqədar rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə rayonun Xırdapay kəndinin ərazisində 563 məcburi köçkün ailəsi üçün 17 ədəd 4 mərtəbəli ictimai yaşayış binasının, 452 şagird yerlik məktəb binasının, 140 yerlik uşaq bağçasının, icma-klub, inzibati bina, həkim məntəqəsi və ATS binasının tikintisinə başlanılmışdır.Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Respublika Təhsil Nazirliyinə ayrılmış vəsait hesabına rayonun Bağman kəndində 80 şagird yerlik tam orta, Öyləqulu və Təklə kəndlərinin hər birində isə 80 şagird yerlik modul tipli ümumi orta məktəb binalarında tikinti-quraşdırma işləri başa çatdırılmış, hazırda son tamamlama və abadlıq işləri aparılır.Qarasu kənd tam orta məktəbi üçün yeni binanın tikintisi ilə əlaqədar topoqrafiya işləri aparılmış, hazırda layihə-smeta səndləri hazırlanır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən 2019-cu ilin fevral ayının 10-dan rayonda əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır.Rayon üzrə 74097 nəfər tibbi müayinədən keçirilmiş, onlardan 3363 nəfəri ambulator, 344 nəfəri stasionar müalicəyə cəlb edilmiş, 191 nəfəri Bakı şəhərinə göndərilmiş, 4 nəfəri üzərində cərrahiyyə əməliyyatı aparılmışdır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği rayon İcra Hakimiyyəti Başçısı Aparatının apardığı ideoloji işin başlıca istiqamətini təşkil edir.Öləmizdə 10 milyonuncu vətəndaşın doğulması ilə əlaqədar rayonda geniş tədbirlər keçirilmiş, bu tarixi hadisə ağacəkmə kompaniyaları, konsert proqramları və atəşfəşanlıqla qeyd edilmişdir.Hesabat dövründə gənclərimizin Milli Ordu sıralarına hərbi xidmətə göndərilməsi və qarşılanması bayram əhval ruhiyyəsində təşkil olunmuş, “Açıq qapı” günlərində hərbi hissələrə səfərlər edilmişdir. 2019-cu ilin “Nəsimi” ili elan edilməsi ilə əlaqədar olaraq məktəblərdə aidiyyatı təşkilatlarla birgə müxtəlif mövzularda tədbirlər keçirilmişdir.Yaşıllıqların salınması məqsədi ilə rayonumuzda 2019-cu ilin birinci rübündə 12 min müxtəlif ağac və gül kolları əkilmişdir.
Məruzə ətrafında çıxış edən Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi Mətləb Kərimov, Rayon Məşğulluq Mərkəzinin direktoru İlham Həmidov, Kürdəmir Elektrik şəbəkəsinin rəisi Mirkazım Qubadov 2019-cu ilin birinci rübündə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən ətraflı danışıblar.
Prezident Administrasiyasının məsul işçisi Qalib Əsgərov yığıncaqda çıxış edərək dövlətimizin başçısının rəhbərliyi ilə reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyasından, həyata keçirilən aqrar islahatlardan, əldə olunan uğurlu nəticələrdən, habelə qarşıda duran konkret vəzifələrdən danışıb.
Yığıncaqda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edilib. Sonda Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov hesabatı yekunlaşdıraraq qarşıda duran mühüm vəzifələri diqqətə çatdırdı, 2019-cu ili uğurla başa vurmaq üçün konkret tapşırıqlarını verdi.
Kürdəmirdə ilin birinci rübünün yekunları müzakirə olunubKürdəmirdə ilin birinci rübünün yekunları müzakirə olunubKürdəmirdə ilin birinci rübünün yekunları müzakirə olunubKürdəmirdə ilin birinci rübünün yekunları müzakirə olunubKürdəmirdə ilin birinci rübünün yekunları müzakirə olunub

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər