Lənkəran rayonunun ictimai-siyasi və mədəni həyatında inkişaf meylləri davam etmiş, iqtisadi göstəricilər artan templə yüksəlmişdir - ÖZƏL

may-14
20:10 2019
Lənkəranda birinci rübün yekunları müzakirə olundu

Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində 2019-cu ilin birinci rübü ərzində rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələrlə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın geniş tərkibdə yığıncağı keçirilib.
Yığıncaqda Lənkəran ŞİH başçısı Taleh Qaraşov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin 5-ci sektorunun müdiri Dəyanət Abdullayev, İcra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.
İcra başçısı yığıncaqda geniş məruzə edərək qeyd edib ki, cari ilin ilk 3 ayı ərzində ölkədə sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində islahatlar sürətlə davam edib, iqtisadi göstəricilər dəfələrlə yüksəlib, nəzərdə tutulan layihələr vaxtında icra olunub, vətəndaşların həyat şəraiti bu müddətdə daha da yaxşılaşıb. Natiq bu dövrdə respublikanın bütün bölgələri kimi, Lənkəran rayonunun da sosial-iqtisadi və mədəni həyatında mühüm uğurların əldə olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, əvvəlki vaxtlarda olduğu kimi 2019-cu ilin birinci rübündə də Lənkəran rayonunun ictimai-siyasi və mədəni həyatında inkişaf meylləri davam etmiş, iqtisadi göstəricilər artan templə yüksəlmişdir. İlk 3 ayda rayonda bir sıra həyati əhəmiyyətli infrastruktur layihələr icra olunub, sənayedə, kənd təsərrüfatında, tikintidə, yol-abadlıq işlərində işin həcmi artıb, yeni iş yerləri açılıb, əhalinin yaşayış səviyyəsi durmadan yaxşılaşmaqda davam edib.
Hesabat dövründə rayonda ümumi məhsul buraxılışı 1.1 faiz artaraq 698.3 milyon manat təşkil edib. Sənayedə 9.4 milyon manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki ilə nisbətən 8.4 faiz çox olub. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 6.8 milyon manat, ümumi həcmdə onun xüsusi çəkisi 18.4 faiz təşkil edib. Cari ilin birinci rübündə rayonda iqtisadiyyatın prioritet istiqaməti olan aqrar sahədə də işlər uğurla davam edib, məhsul istehsalı əvvəlki dövrə nisbətən çoxalıb. Sahibkarlığın inkişafı nəticəsində rayonda sənayedə istehsalın həcminin 72.1 faizi, aqrar bölmədə 99 faizi və ödənişli xidmətlərin 76.2 faizi özəl bölmənin payına düşüb.
Rayonda iqtisadiyyatın və sosial sferanın inkişafına 9.6 milyon manat investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 8.8 milyon manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ticarət xidməti 4.5 faiz, ödənişli xidmətlər 1.5 faiz artmış, orta aylıq əmək haqqı 310 manat təşkil edib.
Məruzədə qeyd olunub ki, ölkə Prezidentinin ardıcıl diqqəti və qayğısı ilə rüb ərzində rayonda abadlıq və quruculuq işləri geniş vüsət alıb, şəhərdə 150 nəfərin çalışacağı qənnadı fabrikinin tikintisinə və ölkə Prezidentinin müvafiq sərəncamı ilə 11 min nəfər əhalinin gündəlik olaraq istifadə etdiyi Hirkan-Mamusta-Siyavar magistral avtomobil yolunun əsaslı təmiri və asfaltlanması işlərinə başlanılıb. Bu dövrdə magistral yollar boyu və şəhərdaxili küçələrdə hasar və barının suvaqlanaraq rəngləndiyini, eyni zamanda şəhərin park və bağlarında 7 min ağacın, 10 min ədəd dekorativ ağac və gül kolunun əkildiyini, şəhərdaxili yollara 3500 kv/m isti asfaltın döşəndiyini, 4 çoxmənzilli yaşayış binasının dam örtuyü dəyişdirildiyini, 2 binada liftlərin təmiri ilə bağlı tədbirlər görülüb. Natiq təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar Lənkəran Dövlət Universiteti üçün əlavə tədris korpusunun və yataqxananın, Şıxakəran kəndində 432 şagird yerlik yeni məktəb binasının, 4 ucqar dağ kəndində modul tipli məktəblərin tikintisi işləri davam etdirildiyini, Gəgiran kəndində 264 şagird yerlik təzə məktəbin tikintisi ilə bağlı hazırlıq işləri görüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, birinci rübdə rayonda ümumilikdə 324 iş yeri açılmışdır ki, onlardan 183-ü daimi iş yerləri olub. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən rayonda 135 nəfəri qadın olmaqla 1120 nəfər kommunal sahələrdə haqqı ödənilən ictimai işlərə cəlb edilib, eyni zamanda Regional Qaz İdarəsinə 135 nəfər, Regional Elektrik Şəbəkəsinə 55 nəfər, ümumilikdə 1310 nəfər işlə təmin olunub. Haqqı ödənilən ictiami işlərə cəlb olunanların təkcə Lənkəran şəhərini və ətraf kəndləri deyil, eyni zamanda rayonun digər ərazilərində işləməyə ehtiyacı olan insanları da əhatə etməsinin təqdirəlayiq hal olduğu və əhali tərəfindən minnətdarlıqla qarşılandığı xüsusi vurğulanıb. İcra başçısı vətəndaşların qəbulu və müraciətlərinə baxılması ilə bağlı görülən işlər və yerlərdə keçirilən səyyar qəbullarda qaldırılan məsələlərin daim diqqətdə saxlandığını və həlli ilə bağlı müvafiq tədbirlərin görüldüyünü bildirib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin 5-ci sektorunun müdiri Dəyanət Abdullayev çıxış edib Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatların ölkənin tərəqqisində və vətəndaşların həyat şəraitinin yüksəlməsindəki rolu barədə danışıb. Çıxış edən digər natiqlər birinci rübün yekunları ilə bağlı fikir və mülahizələrini bildiriblər.


Lənkəran rayonunun ictimai-siyasi və mədəni həyatında inkişaf meylləri davam etmiş, iqtisadi göstəricilər artan templə yüksəlmişdir - ÖZƏL

LƏNKƏRANDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜ SİLSİLƏ TƏDBİRLƏRLƏ QEYD OLUNUB

Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli dövlət və siyasi xadim Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Lənkəranda silsilə tədbirlərlə qeyd olunub. Bu münasibətlə Mayın 10-da səhər saatlarından Ulu Öndərin adını daşıyan xatirə parkında minlərlə lənkəranlının iştirakı ilə ümumrayon tədbiri keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Ulu Öndərin əzəmətli abidəsini ziyarət edərək önünə gül dəstələri düzməklə dahi rəhbərə hörmət və ehtiramını bildirib. Sonra rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, səhiyyə, təhsil və mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, əmək kollektivlərinin üzvləri, tələbələr, gənclər Ümummilli Liderin abidə kompleksinin önünə gül-çiçək dəstələri düzüb dahi rəhbərə məhəbbətlərini ifadə ediblər.
Ümumxalq ziyarətindən sonra İcra başçısı T.Qaraşov və tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən rəsm sərgisi ilə tanış olublar.
Daha sonra Mərkəzdə Heydər Əliyevin doğum gününə həsr olunmuş toplantı keçirilib və Ulu Öndərin milli dövlətçiliyin xilası və Azərbaycan xalqının xoşbətliyi naminə həyata keçirdiyi möhtəşəm fəaliyyətindən bəhs edən sənədli filmə baxış keçirilib.
Ümumrayon tədbiri Heydər Əliyev Mərkəzinin qarşısında gənclərin iştirakı ilə Ümummilli Liderin imzasını əks etdirən flaşmobun nümayişi və Ulu Öndərin anadan olmasının 96-cı ildönümü ilə bağlı rayon məktəbliləri arasında keçirilmiş inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə başa çatıb.


Lənkəran rayonunun ictimai-siyasi və mədəni həyatında inkişaf meylləri davam etmiş, iqtisadi göstəricilər artan templə yüksəlmişdir - ÖZƏLLənkəran rayonunun ictimai-siyasi və mədəni həyatında inkişaf meylləri davam etmiş, iqtisadi göstəricilər artan templə yüksəlmişdir - ÖZƏLLənkəran rayonunun ictimai-siyasi və mədəni həyatında inkişaf meylləri davam etmiş, iqtisadi göstəricilər artan templə yüksəlmişdir - ÖZƏL

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər