İsmayıllıda Qələbənin 74-cü ildönümü qeyd edilib

may-11
08:51 2019
Tarixi düşmənlərimiz olan ermənilərə qalib gəlməyə hazırlaşan ölkəmiz alman faşizmi üzərində Qələbənin 74-cü ildönümünü əsil bayram səviyyəsində qeyd edib. İsmayıllı rayonu da rayon icra hakimiyyətinin keçirdiyi kütləvi gəlişli bayram tədbiri ilə Qələbə sevincini yenidən yaşayıb. İkinci Dünya müharibəsində həlak olan soydaşlarımızın xatirəsinə Heydər Əliyev prospektinin başlanğıcında ucaldılmış abidə əklillər və gül dəstələri ilə ziyarət edilib.
Ziyarətçilər qarşısında çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov iştirakçıları Qələbə bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, veteranlarımıza can sağlığı, davamlı ömür arzulayıb. Daha sonra deyib ki, ümummilli liderimiz Heydər Əliyev müharibə veteranlarını xalqımızın Qızıl fondu adlandırıb. Onların həyatı üçün hərtərəfli təminat yaradıb. Bu gün isə möhtərəm Prezidentimiz cənab İlham Əliyev İkinci Dünya müharibəsi veteranlarına Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə hərtərəfli qayğı göstərir. Müharibə veteranlarına onların dul arvadlarına, arxa cəbhədə rəşadətli əmək nümunəsi göstərmiş vətəndaşlara verilən müavinətin hər il artırılması, Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə Prezident təqaüdlərinin verilməsi, dövlətin və Prezidentin əsil qayğısının təzahürüdür. Belə münasibət Azərbaycanı Böyük Qələbəyə yaxınlaşdırır. Uzaq deyil o gün ki, cənab Prezidentin Ali Baş Komandanlığı ilə arzuladığımız Qələbənin ümumxalq sevincini yaşayacağıq.İsmayıllıda Qələbənin 74-cü ildönümü qeyd edilibİsmayıllıda Qələbənin 74-cü ildönümü qeyd edilibİsmayıllıda Qələbənin 74-cü ildönümü qeyd edilibİsmayıllıda Qələbənin 74-cü ildönümü qeyd edilib

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər