“Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi Talıstan və İstisu kəndlərində keçirilib

may-10
05:14 2019
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar rayonun Talıstan və İstisu kəndlərində “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi keçirilib.
Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunub.
“Heydər Əliyev Azərbaycanın xilaskarı, dövlətçiliyinin təminatçısıdır” mövzusunda keçirilən məşğələni giriş nitqi ilə Talıstan kənd tam orta məktəbinin direktoru Aydın Əzizov açıb. Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən filmə baxılıb.
İdarəetmə məktəbinin məşğələsində həmin məktəbin tarix müəllimi Tamam Cəbiyeva, Təzəkənd kənd tam orta məktəbinin tarix müəllimi Hacalı Səlimov və Cülyan kənd tam orta məktəbinin tarix müəllimi Dilqəm Əzimov çıxış ediblər.
Diyallı, Talıstan, Cülyan və Təzəkənd kəndində iştirakçılar mövzu ətrafında çıxış ediblər.
Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, RİH-nin məsul işçisi Gülnarə Mirzəliyeva və RTŞ-nin baş məsləhətçisi Ramiz Baloğlanov mövzu ətrafında dinləyicilərlə fikirlərini bölüşüblər.
Məktəbin şagirdləri ulu öndərin ruhuna layıq şeirlər və mahnılar söyləyiblər.

**********************************************

İstisu kəndində də məşğələ uğurla keçib. İştirakçılar Ümummilli liderin Azərbaycan xalqının xilaskarı olduğunu, dövlət və dövlətçiliyimizi qoruyub saxladığını diqqətlə çatdırıblar.
Məktəb direktoru Zamin Allahverdiyev, Qalacıq tam orta məktəbin tarix müəllimi Bədir Bədirov,Sumağallı tam orta məktəbin tarix müəllimi Rza Salahov, İstisu tam orta məktəbin tarix müəllimi Cavanşir Xəlilov və Rayon Təhsil Şöbəsinin müdir müavini Rahim Baxışov mövzu ətrafında çıxış ediblər.
RİH-nin nümayəndəsi Nəsimi Teymurov ümummilli liderin xilaskarlıq missiyası haqqında danışıb. Azərbaycançılıq ideologiyasının inkişaf etdirdiyini diqqətə çatdırıb. Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən filmə baxılıb.“Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi Talıstan və İstisu kəndlərində keçirilib“Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi Talıstan və İstisu kəndlərində keçirilib“Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi Talıstan və İstisu kəndlərində keçirilib“Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi Talıstan və İstisu kəndlərində keçirilib“Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi Talıstan və İstisu kəndlərində keçirilib

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər