14:58 8.05.2019 674

Nazim Babayev: TARİX YARADAN İNSAN - VİDEO




“Az-Granata” MMC – nin zavodun rəhbəri Nazim Babayev - Azərbaycan xalqının təqvimində bayramlar az deyil. Amma onların arasında mayın 10-u xüsusi anlam daşıyır. Niyə? Gəlin, bayramın böyüklüyünün nə ilə müəyyənləşməsinin üzərində azacıq fikirləşək.

Əlbəttə ki, hər bir bayramın böyüklüyü ilk növbədə həmin bayramla bağlı olan hadisənin xalqın tarixində tutduğu yer və dövlətin taleyində oynadığı rol ilə ölçülməlidir. Bu baxımdan yanaşsaq, milli lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri nə qədər önəmlidirsə, onun doğum günü də Azərbaycan xalqı üçün bir o qədər böyük bayram sayılmalıdır. Ulu Öndərin Azərbaycan tarixindəki yeri isə misilsizdir. Çünki o, Azərbaycanın tarixində dönüş yaradaraq, ölkənin istiqamətini tənəzzüldən tərəqqiyə doğru çevirən şəxsiyyətdir. Hər bir xalqın taleyində bunu etməyi bacaran bir, ya iki insan olur, ya olmur. Ona görə də, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində yeganə şəxsiyyətdir ki, doğum günü öz tarixi önəminə görə tamamilə haqlı olaraq milli bayram statusu daşıyır.

Məhz milli bayram olduğuna görədir ki, Ulu Öndərin doğum günü hər il həm Azərbaycanda, həm də dünyada azərbaycanlılar yaşayan ölkələrin demək olar ki, hamısında qeyd edilir. Cəmiyyətin bütün təbəqələri bu bayramı hiss edirlər. Bu da təbiidir: dövlətçiliyin əsasını qoyan şəxsin doğum günü elə həm də dövlətçiliyin ən vacib tarixlərindən biridir.

ABŞ-ın "Ceymstaun" Fondunun prezidenti Qlenn Hovard çıxışlarının birində Heydər Əliyevi "Azərbaycanın Corc Vaşinqtonu" adlandırmışdı. Bəllidir ki, Corc Vaşinqton - Amerika dövlətçiliyinin banisi və "Amerika xalqının atası" hesab edilir. Heydər Əliyev də Azərbaycan tarixində eyni rolu oynayıb.

Ulu Öndərlə bağlı tarixi günlərin adətən dünyanın hər yerində qeyd olunması, müxtəlif xalqların təmsilçilərinin onun haqqında böyük fikirlər söyləməsi çox maraqlı məqamdır. Çünki adətən bir xalq digərinin siyasi liderinə ya biganə, ya da qısqanc yanaşır. Yalnız böyük tarixi şəxsiyyətlər hər yerdə maraq və ehtiram doğururlar. Ulu öndərin anılma coğrafiyası onun da məhz bu kateqoriyaya aid olduğunu təsdiqləyir. Belə ki, Amerika konqresmenlərindən tutmuş, Rusiya prezidentinə qədər dünyanın hər yerində Heydər Əliyevin barəsində xoş sözlər deyilirsə, bu, bir şeyi təsdiqləyir: Onun məhz dünya miqyaslı tarixi şəxsiyyət olmasını. Heydər Əliyevin tarixi rolu dünyada getdikcə daha böyük qiymət alır. Məhz buna görə müxtəlif ölkələrdə Ulu Öndərə abidələr qoyulur, muzeylər açılır... Axı böyük şəxsiyyətlər bir xalqa aid olmurlar! Böyük şəxsiyyələr bütün dünyaya məxsusdurlar. Məhz bu səbəbdən biz digər xalqların yetirdiyi dahi insanları öyrənir, tanıyr və sevirik. Və məhz bu səbəbdən başqa xalqlar da bu dahi insana belə maraq göstərirlər.

Tarixə öyrəniləsi şəxsiyyətlər bəxş etməyi bacarmayan xalq dünyanın gözünə bir qədər miskin görünür. Ona görə, Ulu Öndərin doğum tarixi bizim üçün ikiqat bayramdır. Onun sayəsində özümüzü dünyanın gözündə təsdiqlədiyimizə görə.

Adı tarixdə sadəcə qalan insanları "tarixi şəxsiyyət" adlandırırıq; amma elə insanlar da var ki, onlar tarixdə sadəcə qalmırlar, onlar tarixin axarını dəyişirlər. Bu insanlar əslində tarixi şəxsiyyətdən daha artıqdırlar. Zamanı durmadan axan çaya bənzətsək, belə insanlar həmin çayın üstündə qurulan işıq bəndləridirlər; tarix onlardan keçdikcə xalqlarının gələcəyini işıqlandırır. Onlar hər mənada zamanın enerjisini alıb, xalqlarına ötürürlər.

Belə insanlar tarixin dönüş nöqtələridirlər; xalqlarının tarixi bu şəxsiyyətlərə çatanda yönünü dəyişir və qaranlıqdan aydınlığa, tənəzzüldən inkişafa doğru dönür. Buna görə də onları tarixi şəxsiyyət yox, tarixi fenomen kimi qəbul etmək, öyrənib dərk etməyə çalışmaq gərəkdir.

Dünyada çoxdan belədir; məsələn, Birləşmiş Ştatlarda tarix və siyasət elminin xüsusi bir bölməsi var: Vilsonşünaslıq. Bu elm budağı Amerikanın 28-ci prezidenti Vudro Vilson fenomenini öyrənir. Onun araşdırılmasıyla bağlı indiyədək 30 mindən artıq kitab yazılıb. Söhbət bundan gedir ki, tarixin hansısa məqamını araşdırarkən bəzən "axı bu, necə ola bilmişdi" sualına cavab arayanda mütləq şəxsiyyətin tarixi-siyasi fenomen kimi tədqiqinə ehtiyac yaranır. Deyək ki, Vudro Vilson vaxtilə Amerikanın inkişafını bu günkü qlobal dövlət olmaq yoluna çevirmişdi. Azərbaycan tarixində anoloji yeri tutan şəxsiyyət isə heç şübhəsiz, Heydər Əliyevdir.

İllər keçəcək və qüdrətli Azərbaycan dövlətinin inkişaf yollarını araşdıranda hər dəfə daha aşkar görünəcək ki, bu ölkəni həmin istiqamətə Heydər Əliyev döndərib. Azərbaycanın formal müstəqillikdən real müstəqilliyə keçid illəri tarix və siyasət elmləri prizmasından araşdırılanda "nəyin sayəsində belə oldu" sualını cavablandırmaq zərurəti istər-istəməz mütləq Heydər Əliyev fenomeninin araşdırılmasına gətirib çıxaracaq. Və onunla bağlı da yəqin, minlərlə kitablar yazılacaq. Həm də bütün dünyada. Çünki bu fenomenin ciddi elmi tədqiqata ehtiyacı var. Söhbət təkcə ondan getmir ki, Heydər Əliyev Azərbaycanın tarixini yeni səmtə çevirməyi və dövlətçilik sistemini qurmağı bacardı. Onun böyük tarix prizmasında görünən və araşdırılması gərəkən tərəfləri də az deyil. Ulu Öndər siyasət ustası olmaqla yanaşı, dünya siyasətinə tamam fərqli, indiyə qədər bənzəri olmayan bir lider tipi gətirmişdi. Heydər Əliyev fenomeninin araşdırılması siyasət elminə xeyli maraqlı ideyalar gətirə bilər. Yəni tariximizdə Heydər Əliyev kimi şəxsiyyətin olması faktı bu yolla Azərbaycanın həm də intellektual sərvətinə çevrilməlidir. Necə ki, bu ölkənin Varlığı və Müstəqilliyi başda olmaqla, bütün sərvətlərinin qaynağında Milli Lideri dayanır.
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:00

Sabahın hava proqnozu

15:00

Bakıda DƏHŞƏTLİ HADİSƏ: Gənc qadını doğrayıb zibil qutusuna atdılar

14:19

İlham Əliyev: “Mən sözümü icra edəcəyəm”

14:16

Cəbrayılın Həsənli kəndində 80 ədəd tank əleyhinə mina zərərsizləşdirilib

14:16

Prezident: “Hədəfimiz Qarabağın tacı olan Şuşa idi”

14:11

Prezident: “Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz”

14:00

Qobustanda dəm qazından bir ailənin altı üzvü zəhərlənib - YENİLƏNİB

13:22

Bu tarixdən siqaretlər bahalaşacaq

13:08

Nazirlik rəsmisindən ibtidai siniflərdə əyani təhsillə bağlı AÇIQLAMA

13:00

Fərman İsmayılovun nəşi birinci Baş Prokurorluğa, sonra ailəsinə veriləcək - Video

12:55

“Qaçqınkom”da bəzi şöbələr ləğv edildi

12:49

V-IX siniflər üzrə dərslərin bərpası ilə bağlı - Rəsmi açıqlama

12:43

60 yaşdan yuxarı müəllimlərə məcburi peyvənd vurulacaq? - RƏSMİ AÇIQLAMA

12:39

İlham Əliyev Şuşaya xüsusi nümayəndə təyin etdi - SƏRƏNCAM

11:53

Azərbaycanda pensiyalar nə qədər artacaq? - AÇIQLAMA

11:49

Metro nə vaxt fəaliyyətini bərpa edəcək? - METROPOLİTEN CAVAB VERİR

11:34

Prezidentin köməkçisi yeni naziri kollektivə təqdim etdi

11:29

Qaradağda dəfn olunan şəhidlərlə bağlı icra başçısından - Açıqlama

10:47

ABŞ-da kütləvi vaksinasiyada irqçilik edilir

10:28

Moskvada bar və restoranların gecə fəaliyyətinə icazə verildi

10:21

“Rəmiş əməliyyat olunsa, sağ çıxmayacaq” - Video

09:54

Fərmanın cənazəsi Bakıya göndərildi

09:47

Apreldə sərt karantin yenidən tətbiq ediləcək? - AÇIQLAMA

09:41

Bakıda torpağın qiyməti bu müddətdən sonra bahalaşacaq

09:37

Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndindən görüntülər - VİDEO

09:32

Azərbaycanlı səfir Meksika mətbuatında: “Ermənistan qonşularına qarşı ərazi iddialarından əl çəkməlidir”

09:27

Kürün suyu kəskin azalıb - Səbəblər nədir? - VİDEO

09:21

Bakı-Naxçıvan aviareysinin sayı artırılır

09:17

Suya qərq olan Ramana küçələri - VİDEO

09:13

Ermənistanın düzəlişləri AŞPA tərəfindən rədd edilib

09:09

Daha 31 erməni hərbçinin meyiti Ermənistana təhvil verilib

09:04

Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır

14:18

Ağsu Rayon Mərkəzi Xəstəxanasında COVİD19 virusu əleyhinə vaksinlərin vurulması davam edir - FOTOLAR+VİDEO

16:00

Sabahın hava proqnozu açıqlandı