“Maşın”ın maşını hara yoxa çıxıb? – Murad Dadaşov susur

may-08
07:48 2019
Azərbaycanın ən reytinqli realiti şousu olan “Maşın”ın 16-cı sürəti ətrafında yaranmış müəmmalı vəziyyət hələ də davam edir.

Axsam.az xəbər verir ki, verilişin bitməsindən bir ilə yaxın müddət keçməsinə baxmayaraq, qalibə hədiyyə kimi təqdim edilməli olan avtomobilin aqibəti qeyri-müəyyən olaraq qalıb.

Layihənin rəhbəri və aparıcısı Murad Dadaşov isə bugünədək məsələyə geniş izahat verməyib. Xalq artisti sonuncu dəfə ötən ilin oktyabrında bildirib ki, maşını tamaçılardan birinə verməyi düşünür:

“Maşınla bağlı oyun keçirəcəyik, tamaşaçılar arasında birinə verəcəyik. Hələ ki, fikrimiz budur. Əsas odur ki, maşın kiməsə veriləcək”.

Bu açıqlamanın üstündən aylar keçməsinə baxmayaraq, maşının taleyinin necə olduğu indiyə kimi qaranlıq olaraq qalır.

Xatırladaq ki, keçən ilin mayın 28-də başlayan “Maşın” şounun tarixində bir ilk yaşanıb. Verilişin qalibi olan Roza Zərgərli sonda hər kəsi təəccübləndirərək, avtomobildən imtina edib. Sənətçi üzünü Murad Dadaşova tutaraq bildirib ki, o verilişə maşın üçün deyil, oyun üçün gəlib.

“18 nəfər iştirakçının adından xahiş edirəm, bu maşını xeyriyyə məqsədilə istifadə edin”.

Məsələylə bağlı layihənin təşkilatçısı “M Group” prodakşnla əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qalıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər