08:19 8.05.2019 132

Bürclər – 8 may

Qoç – hadisələrin axarından kənar qalmağa can atmayın. Qəfil tanışlıq ola bilər. Yeni müttəfiq və ya tərəfdaş qazanmaq şansını əldən verməyin. Xidmət, faydalı məlumat mübadiləsi olmalıdır.

Günün ikinci yarısında gözləntilərinizdə absolyut həddə çatmayın. İşlədiyiniz insanı ideallaşdırmayın, ona xas olmayan məziyyətləri gördüyünüzü düşünməyin.

Axşam saatlarında bir qədər tək qalın. Yeni xəbər sizi düşündürəcək.

Buğa – tərəfdaşlarınız və şərikləriniz bu gün sizdən fəallıq tələb edəcəklər. Onların arasında ruhdan düşənlər, şübhəlilər, sürəkli tənqidə üstünlük verənlər var. Həmin şəxslərlə nikbin danışın, əməkdaşlığı intensivləşdirin.

Ötənlərin təcrübəsindən yararlanın.

Günün yarısında sizə mühüm məsələdən xəbər vermək istəyən insanı diqqətlə dinləyin. Heç bir motivi olmayan aqressiya meylləri ilə üzləşsəniz, ünsiyyəti minimuma endirin. Sənədləşdirmə, müzakirələr, məsləhətləşmələr, təqdimat, yeni sifarişçi və ya müştəri axtarışları üçün əlverişli zaman deyil.

Ziddiyyətləri aradan qaldırmağa can atın.

Əkizlər – gərgin, çətin gündür. Yaradıcılıq istəyi, emosiyalar bol olacaq. Uğursuzluqlarla yanaşı, uğurlar da istisna deyil. Əhvalınız yaxşı olsun. Dürüst istiqaməti seçin. Ətrafınızdakı olaylardan baş çıxarın. Az sonra yaşanacaq hadisələrlə bağlı aldığınız ilkin məlumatlardan yararlanın.

Günün ikinci yarısında heç nədə ifrata varmayın. Qətiyyətli və iradəli olun. Məlumat axtarışı, informasiya arayışı, qeyri-standart həllər tələb edən işlə məşğul olmaq zərurəti yaranacaq. Səfərlərlə qəfil hadisələr istisna deyil. Ünsiyyətdə səmimi olun. Maraqlandığınız olayın təfərrüatlarını öyrənin.

Xərçəng – potensialınızla ehtiyatlarınızı, habelə imkanlarınızı real dəyərləndirin. Neqativin artma təmayülü var. Narazılıq, maaş azlığından şikayət, diqqətsizlikdən zinhara gəlmək istisna deyil. Sizi təlaşa salan məqamları açıq müzakirə etməkdən çəkinməyin.

Günün ikinci yarısında tənqidə ifrat meylli insanlarla uzun-uzadı söhbətlərə başlamayın. Belə ünsiyyət sizi sinirləndirəcək, əhvalınızı korlayacaq və ən əsası konstruktiv olmayacaq.

Start bank əməliyyatlarına başlamaq məsləhət deyil. Maliyyə məsələlərində tələsik qərarlar verməyin.

Şir – kommersiya məsələləri və kollektiv tədbirlərdə mövqelərinizi müdafiə edin. Gəlir əldə etmək üçün istənilən imkandan istifadə edin. Perspektivə hesablanmış yeni fəaliyyət variantlarını hesablamaq olar. Təşəbbüskar olun. Toplantılara və diskussiyalara qatılın.

Günün ikinci yarısında daxili prosesə konstruktiv məcra verin. Hadisələrin arzuolunan istiqamətini seçməyə çalışmayın. İrəliləyiş üçün güzəştlərə hazır olmalısınız.

Problemləri vaxtında həll edin.

Qız – günün ilk yarısında o qədər də xoş olmayan xəbərlər ala bilərsiniz. Lakin həqiqəti bilin, faktlara laqeyd yanaşmayın. Sənədləşdirmədə və hesablamalarda diqqətli olun. Səhvlərə, kobud yanlışlıqlara yol verməməyə çalışın.

Günün ikinci yarısı yeni bilik və bacarıqların əldə olunması, gərəkli məlumatların aranması üçün əlverişli zamandır. Ünsiyyətdə sayıq olun, yazışmalarda ləngimələrə yol verməyin.

Əhvalınıza və fəaliyyətinizə pis təsir edən təmaslarla ünsiyyəti azaldın.

Axşam saatlarında səhhətinizə fikir verin.

Tərəzi – ağır, rutin, çətin işlərə hazırlaşın. Fəaliyyətinizdə qətiyyətli və əzmkar olun, sonadək gedin. Yolunuzdan sapmayın. Ünsiyyətdə məsələlərin maddi tərəfinin nəzərdən keçirilməsi asan olmayacaq.

Xərclərinizə diqqət yetirin.

Günün ikinci yarısında kiçik problemlərin həllinə baş qataraq əsas müşkülü unutmayın. Alış-verişdə bədxərclik etməyin. Bankdan kredit götürməyin. Riskli təklifləri sayıqlıqla dəyərləndirin.

Axşam saatlarında gəzintiyə çıxın.

Əqrəb – problemlərin əksəriyyətinin kökündə qeyri-obyektivlik durur. Yaşananları ürəyinizə salmayın. Bununla belə, proseslərə real dəyər verin. Hissiyatın artması və emosional davranış fəaliyyətinizdə ləngimələr, fasilələr yarada bilər. Məhsuldar əməkdaşlıq varsa, onun qədrini bilin.

Günün ikinci yarısında əsəbləşməyin, yaxın ətrafınızdakı insanları sərt tənqid etməyin. Genişmiqyaslı, riskli, uzunmüddətli layihəyə başlamayın. Önəmli müzakirəni və ya təhlili ertələyin.

Axşam saatlarında normal istirahət edin.

Oxatan – tələskənliyə yol verməyin. Müstəqil fəaliyyət, ünsiyyət çevrəsinin bir qədər məhdudlaşdırılması üçün münasib zamandır. Mənfi nəticə də bir sonucdur. Tələsik və hövlnak addımlar atmayın. Spontan tədbirlər istənilən nəticə verməyəcək.

Günün ikinci yarısında əvvəlcədən hazırlanmış ssenari üzrə hərəkət edin. Pis əhvalın təsirinə düşərək səhvlərə yol verməyin. İnformasiyaların hamısını müzakirə etməyə can atmayın. Mənasız ideyalara, absurd illüziyalara qatılmayın.

Anonim məlumatın alınması istisna deyil.

Oğlaq – mühüm nüansların çözülməsini başqa şəxslərə etibar etməyin. Yaxın ətrafınızdakı insanlara kor-koranə şəkildə inanmayın. Onların arasında hətta ən yaxşı məramla sizə yanlış məsləhətlər verənlər ola bilər. Nə isə aydın deyilsə, qətiyyətli olun. Problemi sonadək araşdırın.

Günün ikinci yarısında kobud səhvlərə yol verməməyə çalışın. Fəaliyyətinizdə kompüter avadanlığı və texniki vasitələrdə məntiqli şəkildə istifadə edin. Spontan qərarlar üçün əlverişli zaman deyil.

Axşam saatlarına yaxın alış-veriş etmək, önəmli qərar qəbul etmək olar.

Dolça – ənənəvi, öyrəşdiyiniz proseslərdə dəyişikliklər olacaq. Adət etdiyiniz məcranı dayandırmayın. Süni təzyiqlərə əl atmayın. Hadisələrə təsir imkanlarına malik insanlarla təmasları aktivləşdirin. Dövlət qurumlarına müraciət etmək üçün münasib zamandır.

Günün ikinci yarısında problemlərin sayının artmasını məğlubiyyətə aparan yol saymayın. İrəliləmək imkanlarınız var. Şəxsi münasibətlərdə qəti qərar verməyə tələsməyin. Dediyiniz sözləri fikirləşin.

Axşam saatlarında fərdi enerjinizə qənaət edin. Mental durumunuzu dəyərləndirin.

Balıqlar – günün ilk yarısında maraqlı xəbərlər eşidəcəksiniz. Xərclər artacaq. Yeniliklərə çox aludə olmayın.

Güclü emosiyaların təsiri altında qərarlarınızı dəyişməyin. Məşğul olduğunuz işi yarımçıq qoymayın. Laqeyd və soyuqqanlı insan təsiri bağışlamayın. Yaxın ətrafınızdakı insanlara qarşı çox iradlar irəli sürməyin. Ümumi fəaliyyətin konturlarını tənzimləyin. Təcili həllini tələb edən məsələləri unutmayın.

Günün ikinci yarısında eksperimentlərə aludə olmayın. Alış-verişdə çox pul xərcləməyin. Borc almayın, kredit götürməyin.

Axşam saatlarını dəyər verdiyiniz insanlara həsr edin. (Milli.Az )
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:06

Katolikos: “Ermənistan uçurumun kənarındadır”

13:02

Buz sürüşməsi 10 insanın həyatına son qoydu, 150-dək insan itkin düşdü - VİDEO

12:58

Bu yarmarkalarda məhsullar ucuz satılır - ÜNVANLAR

12:52

3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunacaq

12:45

İsveçrədə koronavirus vaksinindən 16 nəfər öldü

12:38

200 gündən artıq bağlı qalan Bakı metrosu barəsində RƏSMİ AÇIQLAMA

12:34

Ermənistanda ordu dövlət çevrilişində israrlıdır

12:32

Baş nazirdən işsizlərlə bağlı VACİB QƏRAR

12:26

“8 Noyabr” metro stansiyasında son tamamlanma işləri aparılır

23:48

Narkomaniya-Əsrin bəlası

23:36

Namiq Mürsəlov: 44 günlük Vətən Müharibəsinin nəticələri bütün xalqımız kimi xocalıların da coxillik qanayan yarasına məlhəm oldu

23:28

Bu gün Ağsu şəhərində Xocalı faciəsinin 29-cu il dönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir

15:00

Ağdam rayonunun Tərnöyüt kəndi - VİDEO

14:32

Xocalı soyqırımında əlindəki fənər 6 yaşlı uşağı xilas edib - VİDEO

13:55

Prezident: “Biz Xocalıya qayıdacağıq. Başqa yolu yoxdur!”

13:52

Prezident: “Dağlıq Qarabağ” ifadəsini işlətməməliyik”

13:48

Ərdoğan: “Xocalıda amansız şəkildə qətlə yetirilən qardaş-bacılarımızı rəhmətlə yad edirəm”

13:20

Vətəndaş Məmnunluğu - FOTOLAR

13:08

Əlihüseyn Mayılov: Tarix boyu xalqımızın başına gətirilən bütün faciələr azadlıq, müstəqillik uğrunda mübarizə aparmağımız, bu yoldan çəkilməməyimiz səbəbindən başımıza düşmənlərimiz tərəfindən gətirilmişdir

12:47

Əli Hüseynov: XOCALI SOYQIRIMI - XX ƏSRİN FACİƏSİ

12:02

İlham Əliyev: “Azərbaycan pandemiyanın əvvəlindən vəziyyəti nəzarətdə saxlayır”

11:41

İlham Əliyev: “Hər hansı bir qisas cəhdi Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaq”

11:29

“Haber Global”: “Tarixdə dəhşət səhifəsi olan Xocalı” - FOTO

11:25

Prezident: “Ermənistandan istənilən təxribat yersizdir”

11:20

Nazirlikdən AÇIQLAMA - Əgər pensiyaçı 12 ildən çox yaşayırsa... - VİDEO

11:15

Prezident: “Əsas məqsədimiz ondan ibarətdir ki, bu qanlı cinayət heç vaxt unudulmasın”

11:11

Çavuşoğlu Xocalı qurbanlarını andı - FOTO

11:06

İlham Əliyev: “Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür”

11:02

İlham Əliyev mətbuat konfransı keçirir - CANLI YAYIM

10:32

Meksika və Peru paytaxtlarının mərkəzi küçələrində “Xocalıya ədalət” çağırışı

10:28

Hikmət Hacıyev: "Xocalı soyqırımının günahsız qurbanlarına ədalət tələb edirik"

09:33

Xocalı soyqırımının şahidi: “Ermənilər atamı öldürdü, qardaşım itkin düşdü” - VİDEOREPORTAJ

09:28

Mehriban Əliyeva: “Xocalı soyqırımı kimi faciələr unudula bilməz” - FOTO

09:17

İlham Əliyevdən Xocalı paylaşımı - FOTO