Paytaxtda qaraçılar 10 yaşlı oğlanı dilənməyə məcbur ediblər

may-03
08:43 2019
Polis ötən ay itkin düşmüş və qaraçılara qoşularaq Bakının iri ticarət mərkəzlərində dilənçilik edən oğlanı Nərimanov parkında dilənərkən tapıb

Bakıda qaraçılar 10 yaşlı oğlan uşağını Bakının küçələrində dilənçiliklə məşğul olmağa məcbur ediblər.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O qeyd edib ki, bu günlərdə polis əməkdaşları AUB-nin Reinteqrasiya Mərkəzinin sığınacağına aprelin əvvəllərində itkin düşmüş üçüncü sinif şagirdini gətiriblər. Valideynləri üç gün ərzində uşağı axtarıb tapmayandan sonra hüquq-mühafizə orqanlarına müraciət ediblər və yerli telekanallardan birində elan veriblər. Nəticədə polislər uşağı Nəriman Nərimanov adına parkın ərazisində dilənçilik edərkən tapıblar.

Uşaq deyib ki, onlarla qonşuluqda yaşayan yeniyetmə dilənçilər onu aldadaraq bu işə cəlb ediblər. Bu vaxt ərzində uşaqlar özlərinin pul diləndikləri bütün nöqtələri ona başa salmağa macal tapıblar. Həmin yerlər Binə qəsəbəsindəki və “Neftçilər” metrostansiyası yaxınlığındakı iri ticarət mərkəzləri olub. Oğlanın sözlərinə görə, onunla birlikdə dilənən uşaqlar elə həmin yerlərdə küçədəcə yatırlar və elə orada nə tapsalar, onu yeyirlər.

Ağazadə həmin uşağın valideynlərinin yaşadığı Bakı rayonunun adını deməkdən imtina edib. Onlar qaraçıların kompakt halda yaşadığı ərazidə mənzil kirayələyiblər. Oğlanın valideynləri insidentin təkrarlanacağından qorxurlar.

“Oğlanın dediyinə görə, onu dilənçiliklə məşğul olmağa məcbur ediblər. Hazırda təhqiqat aparılır və hələlik faktlar təsdiqini tapmayıb. Uşaqda çatışmazlıq hiss olunur. Biz uşağı Pedaqoji Komissiyaya göndərmişik ki, onlar onun vəziyyətini qiymətləndirsinlər. Təhsil Nazirliyi oğlanı ixtisaslaşmış internetə yazmaq üçün hazırda onun sənədlərinə baxır” – deyə Ağazadə bildirib.

AUB sədri izah edib ki, oğlanda bir növ sosial uyuşmazlıq problemi var: “O, həddindən artıq sadəlövhdür. Uşağın ailəsi Bakıya ölkənin cənubundan gəlib. Onlar orada dağ kəndində yaşayıblar və təsərrüfat işləri ilə məşğul olublar. Onların heç birinin normal təhsilləri yoxdur”.

Hazırda sözügedən faktla bağlı araşdırmalar davam edir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər