Qara çayın tərkibində mərkəzi sinir sistemi üçün vacib olan kofein var

apr-23
09:27 2019
Çayın yaşıl, qara və ağ növləri var. Çayı düzgün qəbul etmədikdə onun faydasından çox zərəri olur. Mütəxəssislərin rəyinə görə, bir çox xəstəliklərin qarşısının alınmasında çay faydalı vasitədir. Ancaq çaydan düzgün istifadə ediləndə onun xeyrini görmək olar.
Qida təhlükəsizliyi mütəxəssisləri hər gün insanın 400-600 milliqram, yaxud 4 stəkan yaşıl çay içməsinin vacibliyini bildirirlər. Hər gün içilən 1 stəkan qara çay isə zehni qüvvətləndirir. Çay içərkən onun miqdarına və şəkərsiz içilməsinə diqqət yetirilməlidir.

Keyfiyyətli və yaxşı dəmlənilmiş çay baş ağrılarını, fiziki və zehni yorğunluğu aradan qaldırır. Qara çayın tərkibində mərkəzi sinir sistemi üçün çox vacib olan kofein var. Həmin maddə yorğunluğu aradan qaldırır, ürək döyüntülərinin sayını artırır, beyinin işini yaxşılaşdırır, yaddaşı möhkəmləndirir, əhvali-ruhiyyəni yaxşılaşdırır. Bununla yanaşı qara çayın tərkibindəki saponinlər iltihab əleyhinə təsir göstərir.
Çayın düzgün hazırlanması çox vacib məsələdir. Bunun üçün şüşə, saxsı və çini dəm çayniklərindən istifadə etmək lazımdır. Çayı dəmlədikdən sonra bir saat ərzində içmək məsləhət görülür.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər