Ömrü qısaldan 7 qida — Onları nə ilə əvəz edək?

apr-20
08:13 2019
Sağlam qidalanma mütəxəssisləri bildirirlər: “Nənələrinizin yemədiyi qidanı siz də yeməyin”
Bir çox müasir ərzaqların tərkibində o qədər çox süni maddələr var və onlar o qədər çox emal olunurlar ki, bu qidaların faydasından çox ziyanı olur. Buna görə də uzun və sağlam ömür yaşamaq istəyənlər bu cür qidalardan uzaq durmalıdır.

Milli.Az həmin qidalardan bir neçəsini təqdim edir:

1.İşlənmiş ət
Bir çox insanlar düşünürlər ki, sağlam qida rasionu ətsiz olmalıdır. Amma qeyd etmək lazımdır ki, keyfiyyətli təbii ət sağlamlıq üçün nəinki zərərli, hətta faydalıdır. Amma bu siyahıdan işlənmiş ətləri (Sənaye cəhətdən işlənmiş ət dedikdə bura kolbasa, sosis, vetçina, salyami, konservlər daxildir – bir sözlə, super marketdə qoxusu və dadı ilə ağızları sulandıran ət məhsulları) çıxarmaq lazımdır. Onların tərkibində çox miqdarda nitratlar var. Bu maddələr orqanizmdə bir çox problemlər yaradır.

2.Yağsız süd məhsulları
Yağlı süd məhsullarının zərərli olduğu bildirilir. Amma tədqiqatlar bunu əksini deyir. Yağsız süd məhsullarının tərkibində şəkər və süni maddələr olur. Bu maddələr qadınlarda sonsuzluq riskini artırır.

3.Marqarin

Bir çox insanlar kərə yağı əvəzinə bitki yağlarından hazırlanmış marqarinə üstünlük verirlər. Amma bu məhsul heç də düşünüldüyü qədər də zərərsiz deyil. O orqanizmdən yaxşı xolesterini çıxarır, pis xolesterinin səviyyəsini isə artırır. Marqarinin tərkibində trans yağlar olur. Bu yağlar xərçəng, ürək-damar, Alzeymer xəstəliklərinə səbəb olur.

4.Qazlı içkilər

Qazlı içkilərin tərkibində suların tərkibində çox miqdarda çəkər olur. Bundan əlavə onlarda dadlandırıcı və süni rəngləyicilər də bol miqdardadır. Qazlı sular dişləri korlayır, böyrək, qaraciyər kimi orqanlara zərər vurur, piylənmə və diabetə gətirib çıxarır.

5.Ağ un

Ağ un tam buğda unundan daha az faydalı qidadır. Emal prosesində o liflərdən tamamilə təmizlənir. Halbuki bu maddə həzm prosesində çox əhəmiyyətlidir. Həkimlərin bildirdiklərinə görə, ağ undan hazırlanan məmulatlar çəkini artırır, diabet və piylənmə riski yaradır.

6.Hazır meyvə şirələri
Mağazada satılan hazır meyvə şirələri faydalı hesab edilir. Lakin bu fikir yalnışdır. Yalnız evdə hazırlanan şirələr qismən faydalı ola bilər. Hazır şirələr isə yüksək temperaturda pasterizə olunur deyə tərkibində olan faydalı maddələr məhv olur.

7.Myusli
Myuslinin tərkibində çərəzlər, quru meyvələr, taxıl məhsulları, bal olur. Onu südlə, yoqurtla və ya təbii halda yeyirlər. Bu qidalardan əsasən də idmançılar çox istifadə edirlər. Amma mütəxəsislər bu qidanın tərkibində GMO məhsulların olduğunu bildirirlər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər