Zakir Həsənov təlim-məşq mərkəzinin açılışında

apr-19
08:03 2019
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) modernləşdirilməsi çərçivəsində həyata keçirilən idarəetmə sisteminin təkmilləşdirilməsi və yüksək texniki standartlar səviyyəsinə çatdırılması istiqamətində fəaliyyətlər davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Aviasiya təmiri zavodunda olub.

Müdafiə nazirinə təyyarə və helikopter aqreqatlarının, mühərrik və reduktorlarının, aviasiya texnika və avadanlığının, eləcə də radioelektron avadanlıq və aviasiya silahlarının təmiri sexlərində həyata keçirilən cari fəaliyyətlər barədə məruzə olunub. Nazir aviasiya vasitələrinin hazırlığı, aqreqatların cari təmiri və reqlament işlərinin gedişi ilə maraqlanıb.

Sonra müdafiə naziri HHQ-nin MiQ-29 qırıcı təyyarələrinin təlim-məşq mərkəzinin açılışında iştirak edib.

General-polkovnik Z.Həsənov mərkəzin aviasiya mühəndisləri, aviasiya silahları, uçuşların idarəolunması və təhlili siniflərində olub, hərbi pilotların hazırlıq məşqlərini izləyib və müvafiq tapşırılar verib. Müdafiə nazirinə məruzə olunub ki, burada quraşdırılmış simulyasiya qurğuları eyni vaxtda iki və ya dörd təyyarənin uçuşunu təmin etməyə imkan verir.
Müdafiə nazirinə uçuş heyəti üçün nəzərdə tutulan yüksəklik ləvazimatları və avadanlıqları nümayiş etdirilib.

Mərkəzdə yaradılan şəraitlə tanış olduqdan sonra müdafiə naziri hərbi pilotlarla müşavirə keçirib və onların qarşısında konkret tapşırıqlar qoyub.

Sonda Müdafiə nazirliyinin rəhbərliyi uçuş heyəti ilə birlikdə nahar edib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər