Azərbaycanda tükürpədici qətl: Gəncin sinəsinə xaç çəkib meşədə diri-diri basdırdılar — VİDEO

apr-18
06:00 2019
Azərbaycanda dəhşətli qətl hadisəsi törədilib.
Femida.az bildirir ki, tükürpədici hadisə Lənkəran rayonunda baş verib. 18 yaşlı gənc oğlan martın 14-də evdən çıxıb və bibisigilə getdiyini bildirib. Bir müddət keçdikdən sonra oğlandan xəbər ala bilməyən valideynlər qohumlarına zəng ediblər. Qohumlar uşağın onlarda olmadığını dedikdən sonra valideynlər polisə məlumat verib. Bir müddət keçəndən sonra məlum olub ki, gənc oğlan meşədə vəhşicəsinə öldürülüb, meyiti isə daş hasarın ətrafında gizlədilib. Cinayətin üstü isə təsadüfən açılıb. Meşəyə odun toplamağa gedən 4 nəfər qadın təsadüfən gənclərin yarımtikilidə toplaşdığını və şübhəli hərəkətlər etdiklərini görüblər. Qadınlar həmin əraziyə yaxınlaşan zaman ərazidə olan 4 nəfər gəncdən 3-ü qaçaraq meşədə gizlənib. Digər bir nəfər isə əraziyə gələn qadınlardan biri Gülçöhrə adlı qadına hücum çəkib və ona xəsarət yetirib. Qadın çətinliklə də olsa polisə məlumat verə bilib. Qətli törətməkdə şübhəli bilinən 17 yaşlı Əkbər artıq polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam edir.

Qətlə yetirilən gəncin valideynləri Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" proqramında dəhşətli fikirlər səsləndirib. Gəncin anası Xatirə xanımın dediyinə görə, oğlunu 4 nəfər birlikdə öldürüb. Oğlu 2 gün kimsəsiz ərazidə can verib. Gənc öldükdən sonra meyitə işgəncələr verilib və meşəyə gedən yolda kimsəsiz bir yerdə basdırılıb. Valideynlərin dediyinə görə, övladları öldürüldükdən sonra boynu sındırılıb, sinəsinə xəncər vurulub və meyitə qarşı qeyri-etik hərəkətlər edilib. Qətllə bağlı daha ətraflı videonu təqdim edirik:

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər