“Vallah, diaqnozun dəqiq bilmədik” – 21 yaşlı gəncin müəmmalı ölümü (Təfərrüat)

apr-18
05:36 2019
38 gün öncə itlərin hücumuna və qapmasına məruz qalan Həsənli Cavid Qəhrəman oğlu bu gün Ağstafa rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Bizimyol.info xəbər verir ki, Ağstafa rayonu Yuxarı Göyçəli kənd sakini olan 1998-ci il təvəllüdlü Həsənli Cavid Qəhrəman oğlu bu gün səhər saatlarında dünyasını dəyişib.

Ölüm hadisəsi ilə bağlı danışan, Ağstafa rayon Mərkəzi Xəstəxanasının baş həkimi olan Vəliyeva Fatma Cavad qızı faktı təsdiqləyib və bildirib ki, onlar mərhumun ölüm səbəbini dəqiq bilmirlər:

“Səhərə yaxın rəhmətə gedib. Vallah, diaqnozunu biz də dəqiqləşdirə bilmədik. Bir az şübhəmiz oldu ki, onu 38 gün qabaq it dişləməsi olub, onu da peyvəndləyiblər. İt dişləməsindən sonra deyiblər ki, sudan qorxurmuş, biz ondan şübhələnirik ki, quduzluqdan ölüb. Oğlanı qapan kəndin iti olub, amma indi it haradadır, bilmirik. Dünən gətirilmişdi xəstəxanaya bu gün səhər vəfat etdi. Sonra zəng edərsiniz aydınlaşdırarıq, hələ biz də heç nə bilmirik, dəqiqləşdirməmişik”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər