Putin Vahid Ələkbərovla görüşdü

apr-17
07:42 2019
Rusiya prezidenti Vladimir Putin “Lukoyl” prezidenti Vahid Ələkbərovu qəbul edib.

TASS xəbər verir ki, görüş zamanı Ələkbərov şirkətin 2018-ci ildəki fəaliyyəti barədə məlumat verib:

“Şirkətimizin neft hasilatına qoyulan sərmayəsi təxminən 500 milyard rubl təşkil edib. 32 ölkədə iş aparırıq. 2-2,5 min metr suyun altında qazma işləri aparırıq. Bu dərinlik Qərbi Afrikada, Xəzər dənizinin bəzi yerlərində 600 metrədək çatır. Bu cür dərinliklərin öhdəsindən gəlirik”.

Ələkbərov bildirib ki, bu il “Lukoyl” və “Qazprom” Nenets avtonom dairəsində Vaneyvissk və Layavojsk yataqlarının mənimsənilməsi üçün birgə müəssisə yaradacaq.

O həmçinin,2019-cu ildə Rusiyada neft və benzinin qiymətinin sabit qalacağına əminlik ifadə edib.

“Lukoyl”un yalnız Avro-5 markalı benzin istehsal etdiyini söyləyən şirkət rəhbəri məhsullarının demək olar ki ixrac olunmadığını vurğulayıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər