Nurməhəmmədov Makqreqorla revanş döyüşün şərtini açıqladı

apr-15
05:36 2019
UFC çempionu Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqorla revanş döyüşün şərtlərini açıqlayıb.

“Sovetski sport” yazır ki, Nurməhəmmədov revanş döyüşün keçirilməsi üçün rəqibinin başqa döyüşdə qalib gəlməsini şərt göstərib.

“Sən və sənin komandan 2016-cı ildən titullar qazanmamısınız. İlk növbədə sən qalib gəlməlisən. Bundan sonra revanş döyüş haqqında söhbət edə bilərik”, – deyə o vurğulayıb.

Qeyd edək ki, dünən Makqreqor sosial şəbəkədə Nurməhəmmədovu promouşenin ən yaxşı döyüşçüsü hesab etmədiyini açıqlayıb. O bildirib ki, revanş döyüş bütün suallara aydınlıq gətirəcək.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər