Daha 147 şəhid ailəsinə birdəfəlik ödəmə veriləcək

apr-12
07:21 2019
Daha 147 şəhidin 222 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə xüsusi qayğısının növbəti təzahürü kimi, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, nazirlikdə fəaliyyət göstərən Komissiyanın növbəti iclasında 147 şəhid üzrə 222 vərəsənin də birdəfəlik ödəmə ilə təmin olunmasına dair qərar qəbul olunub. Ödənişin bir həftə ərzində həmin vərəsələrin hesabların köçürülməsi nəzərdə tutulub.

12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib ki, ötən dövrdə onlardan artıq 6338 şəhidin 9276 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər