“Barselona” qələbə qazanıb, “Yuventus” “Ayaks”la bacarmayıb – VİDEO

apr-11
05:43 2019
Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

ONA-nın məlumatına görə, ikinci oyun günündə də 2 qarşılaşma baş tutub.

Hollandiya “Ayaks”ı Amsterdamda “Yuventus”u qəbul edib. Görüşə meydan sahibləri daha fəal başlasalar da, İtaliya təmsilçisi fasilə ərəfəsində hesabı açıb. Qonaqların heyətində Kriştianu Ronaldo fərqlənib.

Meydan sahiblərinin bərabərlik qolu fasilədən sonraya təsadüf edib. David Nereş ikinci hissənin ilk dəqiqəsində azarkeşləri sevindirib.

İngiltərədə “Mançester Yunayted” “Barselona”nı qəbul edib. Bu matçda bir top həlledici olub.

“Qırmızı şeytanlar” erkən qola üzülüb. Lyuk Şounun 12-ci dəqiqədəki avtoqolu İspaniya klubuna üstünlük qazandırıb.

Qeyd edək ki, 1/4 finalın cavab oyunları aprelin 16-17-də keçiriləcək.

Çempionlar Liqası
1/4 final, ilk oyunlar
10 aprel

23:00. “Ayaks” (Hollandiya) – “Yuventus” (İtaliya) – 1:1
Qollar: Nereş, 46 – Ronaldo, 45
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Amsterdam. Yohan Kroyff Arena

23:00. “Mançester Yunayted” (İngiltərə) – “Barselona” (İspaniya) – 0:1
Qol: Şou, 12 (avtoqol)
Baş hakim: Canluka Rokki (İtaliya)
Mançester. “Old Trafford” stadionu



Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər